Beynəlxalq əlaqələr və əməkdaşlıq şöbəsi
Mingəçevir Dövlət Universitetinin Beynəlxalq əməkdaşlıq ofisi öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi və tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında həyata keçirir.
Mingəçevir Dövlət Universitetinin (MDU) beynəlxalq əlaqələri xarici ölkə universitetləri ilə ikitərəfli əməkdaşlığı, beynəlxalq təhsil proqramlarında iştirakı, əcnəbi tələbələrin cəlb olunmasını, müvafiq beynəlxalq təşkilatlarla işbirliyini və digər istiqamətləri əhatə edir.
Şöbədə görülən işlər
Xarici ölkə universitetləri ilə əməkdaşlıq tələbə və müəllim mübadiləsinin həyata keçirilməsini, ortaq Yay Məktəblərinin və ikili diplom proqramlarının reallaşdırılmasını, birgə elmi konfransların və seminarların təşkilini, qarşılıqlı faydalı təcrübə mübadiləsinin aparılmasını nəzərdə tutur. Bu vaxta qədər, MDU dünyanın bir çox ölkəsinin ali təhsil müəssisələri ilə ikitərəfli əməkdaşlıq müqaviləsi imzalamışdır.
“Erasmus +” proqramı üzrə müəllim-tələbə mübadiləsi sahəsində fəaliyyət uğurla davam etdirilir. Təhsil aldıqları müddətdə topladıqları kreditlərin bir hissəsini tərəfdaş universitetlərdə qazanmış tələbələrimizin sayı sürətlə artır. Həmin proqram çərçivəsində İspaniyanın Valladolid Universiteti, Ruminiyanın Timişoara Politexnik və Transilvaniya Universitetləri, Bolqarıstanın Varna İqtisadiyyat Universiteti, İstanbul Gedik Universiteti ilə bakalavriat, magistratura dərəcələrində təhsil alan tələbələrin və akademik heyətin mübadiləsi həyata keçirilir.
2021-ci ildə beynəlxalq əlaqələrin inkişafı çərçivəsində Mingəçevir Dövlət Universiteti Türkiyənin Qazi Universiteti, Yıldız Teknik Universiteti, KTO Karatay Universiteti, İstanbul Gedik universiteti ilə əməkdaşlıq protokolu imzalayıb. Bu universitetlərlə MDU arasında ortaq mühazirələrin təşkil edilməsi, konfransların həyata keçirilməsi, elmi məqalələrin qarşılıqlı olaraq universitetlərin jurnallarında çap edilməsi, tələbə-müəllim mübadiləsi və digər məsələləri əhatə edir.
2021-ci il oktyabrın 27-də MDU və Kiyev Milli İqtisadiyyat Universiteti (KNEU) arasında əməkdaşlıq memorandumu imzalanmışdır. 2021-ci ilin 29 oktyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) və Kiyev Milli Texnologiya və Dizayn Universiteti (Kyiv National University of Technologies and Design-KNUTD) arasında əməkdaşlıq memorandumu imzalanıb.
2021-ci ildən MDU-nun da iştirak etdiyi Avropa Komissiyasının maliyyələşdirdiyi “Erasmus+” proqramı çərçivəsində həyata keçirilən ali təhsildə uyğun istiqamətlərin inkişaf etdirilməsini nəzərdə tutan “Sahil ekosistemlərinin iqlim dəyişikliyinə uyğunlaşdırılması üçün geoməkan mühəndisliyi üzrə yeni fənləri” (“New Courses in Geospatial Engineering for Climate Change Adaptation of Coastal Ecosystems”) GEOCLIC layihəsinə start verilib. Üç il davam edəcək layihədə Azərbaycan, Almaniya, Niderland Krallığı, Litva, Qazaxıstan, Rumıniya və Türkmənistan ali təhsil müəssisələri tərəfdaş kimi çıxış edəcək.
Şöbə müdiri

Samirə Əhmədova
Əməkdaşlar

Pərviz Məmmədrzayev
koordinator
parviz.mammadrzayev@mdu.edu.az

Tamara Xanlayeva
koordinator
tamara.xanlayeva@mdu.edu.az
Beynəlxalq əməkdaşlıq
Xəbərlər
Mingəçevir Dövlət Universitetinin nümayəndələri regional su ehtiyatlarının bərpasına həsr olunmuş potensialın gücləndirilməsi sessiyasında iştirak ediblər
27 fevral 2026-cı il tarixində Gəncə şəhərində regional su ehtiyatlarının bərpasına həsr olunmuş “Kəhrizlərin bərpasının Azərbaycanda su ilə əlaqəli iqlim
Mingəçevir Dövlət Universitetinin 10 tələbəsi Türkiyə və Qazaxıstan universitetlərində təhsil alacaq: Onlara uğurlar arzulanılıb, biletləri təqdim olunub
2026-cı ilin 29 yanvar tarixində Mingəçevir Dövlət Universitetində Türkiyə və Qazaxıstanın ali təhsil müəssisələrinə qəbul olunan tələbələrlə bağlı təqdimat mərasimi
MDU-nun nümayəndə heyəti İstanbul Aydın Universitetində olub: İki universitet arasında əməkdaşlıq imkanları müzakirə edilib
Mingəçevir Dövlət Universitetinin nümayəndə heyəti Türkiyə Cumhuriyyətinə səfəri çərçivəsində İstanbul Aydın Universitetini ziyarət edib. MDU-nun Tədris prosesinin təşkili və idarə
Tələbə mübadiləsi istiqamətində yeni imkan: Mingəçevir Dövlət Universiteti Bahçeşehir Universiteti ilə əməkdaşlıq edəcək
Mingəçevir Dövlət Universiteti ilə Türkiyə Cumhuriyyətinin nüfuzlu ali təhsil müəssisələrindən biri olan Bahçeşehir Universiteti arasında beynəlxalq əməkdaşlığın genişləndirilməsinə, tələbə və
Elanlar

Türkiyə Respublikasının İstanbul Gedik Universiteti Erasmus+ proqramı çərçivəsində sənəd qəbulu elan edir
Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Erasmus+ proqramı çərçivəsində Türkiyə Respublikasının İstanbul Gedik Universiteti (2023-1-TR01-KA171-HED-000167416) 2024-2025-ci tədris ili üçün tələbə qəbulu

REFRESH – Erasmus+ KA2 layihəsinin rəsmi saytı istifadəyə verilib
Mingəçevir Dövlət Universitetinin tərəfdaşı olduğu, Azərbaycan Dövlət İqtisad Univesitetinin (UNEC) 2022-ci ildə ERASMUS + proqramının KA2 fəaliyyət növü üzrə qalib

İspaniyanın Valladolid Universiteti “Erasmus+” proqramı çəçrivəsində sənəd qəbulu elan edir
Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Erasmus+” proqramı çərçivəsində İspaniya Krallığının Valladolid Universiteti akademik heyət üzvlərinin mübadiləsininin həyata keçirilməsi üçün sənəd qəbuluna