Beynəlxalq əlaqələr və əməkdaşlıq şöbəsi
Mingəçevir Dövlət Universitetinin Beynəlxalq əməkdaşlıq ofisi öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi və tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında həyata keçirir.
Mingəçevir Dövlət Universitetinin (MDU) beynəlxalq əlaqələri xarici ölkə universitetləri ilə ikitərəfli əməkdaşlığı, beynəlxalq təhsil proqramlarında iştirakı, əcnəbi tələbələrin cəlb olunmasını, müvafiq beynəlxalq təşkilatlarla işbirliyini və digər istiqamətləri əhatə edir.
Şöbədə görülən işlər
Xarici ölkə universitetləri ilə əməkdaşlıq tələbə və müəllim mübadiləsinin həyata keçirilməsini, ortaq Yay Məktəblərinin və ikili diplom proqramlarının reallaşdırılmasını, birgə elmi konfransların və seminarların təşkilini, qarşılıqlı faydalı təcrübə mübadiləsinin aparılmasını nəzərdə tutur. Bu vaxta qədər, MDU dünyanın bir çox ölkəsinin ali təhsil müəssisələri ilə ikitərəfli əməkdaşlıq müqaviləsi imzalamışdır.
“Erasmus +” proqramı üzrə müəllim-tələbə mübadiləsi sahəsində fəaliyyət uğurla davam etdirilir. Təhsil aldıqları müddətdə topladıqları kreditlərin bir hissəsini tərəfdaş universitetlərdə qazanmış tələbələrimizin sayı sürətlə artır. Həmin proqram çərçivəsində İspaniyanın Valladolid Universiteti, Ruminiyanın Timişoara Politexnik və Transilvaniya Universitetləri, Bolqarıstanın Varna İqtisadiyyat Universiteti, İstanbul Gedik Universiteti ilə bakalavriat, magistratura dərəcələrində təhsil alan tələbələrin və akademik heyətin mübadiləsi həyata keçirilir.
2021-ci ildə beynəlxalq əlaqələrin inkişafı çərçivəsində Mingəçevir Dövlət Universiteti Türkiyənin Qazi Universiteti, Yıldız Teknik Universiteti, KTO Karatay Universiteti, İstanbul Gedik universiteti ilə əməkdaşlıq protokolu imzalayıb. Bu universitetlərlə MDU arasında ortaq mühazirələrin təşkil edilməsi, konfransların həyata keçirilməsi, elmi məqalələrin qarşılıqlı olaraq universitetlərin jurnallarında çap edilməsi, tələbə-müəllim mübadiləsi və digər məsələləri əhatə edir.
2021-ci il oktyabrın 27-də MDU və Kiyev Milli İqtisadiyyat Universiteti (KNEU) arasında əməkdaşlıq memorandumu imzalanmışdır. 2021-ci ilin 29 oktyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) və Kiyev Milli Texnologiya və Dizayn Universiteti (Kyiv National University of Technologies and Design-KNUTD) arasında əməkdaşlıq memorandumu imzalanıb.
2021-ci ildən MDU-nun da iştirak etdiyi Avropa Komissiyasının maliyyələşdirdiyi “Erasmus+” proqramı çərçivəsində həyata keçirilən ali təhsildə uyğun istiqamətlərin inkişaf etdirilməsini nəzərdə tutan “Sahil ekosistemlərinin iqlim dəyişikliyinə uyğunlaşdırılması üçün geoməkan mühəndisliyi üzrə yeni fənləri” (“New Courses in Geospatial Engineering for Climate Change Adaptation of Coastal Ecosystems”) GEOCLIC layihəsinə start verilib. Üç il davam edəcək layihədə Azərbaycan, Almaniya, Niderland Krallığı, Litva, Qazaxıstan, Rumıniya və Türkmənistan ali təhsil müəssisələri tərəfdaş kimi çıxış edəcək.
Şöbə müdiri

Samirə Əhmədova
Əməkdaşlar

Pərviz Məmmədrzayev
koordinator
parviz.mammadrzayev@mdu.edu.az

Tamara Xanlayeva
koordinator
tamara.xanlayeva@mdu.edu.az
Beynəlxalq əməkdaşlıq
Xəbərlər
Universitet-tədqiqat-sənaye inteqrasiyası ilə dayanıqlı gələcəyə: Mingəçevir Dövlət Universitetində “Tədqiqat Mövzu Hovuzu Platforması” təqdim olunub
2026-cı ilin 2 aprel tarixində Mingəçevir Dövlət Universitetində “Tədqiqat Mövzu Hovuzu Platforması”nın təqdimat mərasimi keçirilib. “Azərbaycan İES” MMC-də keçirilən tədbirdə
Mingəçevir Dövlət Universitetindən Avropaya açılan qapı: Macarıstan universitetləri ilə əməkdaşlıq imkanları müzakirə olunub
Mingəçevir Dövlət Universitetinin Beynəlxalq əlaqələr və əməkdaşlıq şöbəsinin müdiri Samirə Əhmədova Macarıstana işgüzar səfər çərçivəsində bir sıra nüfuzlu ali təhsil
Mingəçevir Dövlət Universitetinin müəllimləri beynəlxalq akademik mühitdə təcrübə mübadiləsində iştirak ediblər: Türkiyə və Özbəkistan universitetlərində mobillik proqramı
Mingəçevir Dövlət Universitetinin müəllimləri beynəlxalq akademik mübadilə çərçivəsində Türkiyə və Özbəkistanın nüfuzlu ali təhsil müəssisələrində akademik mobillik proqramında iştirak ediblər.
Mingəçevir Dövlət Universitetində tələbə və müəllimlər üçün mübadilə proqramına müraciətlər başlayır: Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Şimali Kipr və Macarıstan universitetlərində təhsil və tədris imkanı
Mingəçevir Dövlət Universiteti tələbə və müəllimlər üçün beynəlxalq akademik mübadilə imkanlarını genişləndirməyə davam edir. Universitetdə 2026–2027-ci tədris ilinin payız və
Elanlar

İspaniyanın Valladolid Universiteti “Erasmus+” proqramı çəçrivəsində sənəd qəbulu elan edir
Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Erasmus+” proqramı çərçivəsində İspaniya Krallığının Valladolid Universiteti akademik heyət üzvlərinin mübadiləsininin həyata keçirilməsi üçün sənəd qəbuluna

Beynəlxalq münasibətlər və diplomatiya üzrə ikinci yay məktəbi
9-14 avqust tarixlərində “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi, Xəzər Universiteti və Topçubaşov Mərkəzinin tərəfdaşlığı ilə Şamaxı rayonunda beynəlxalq münasibətlər

Qazaxıstanda Təhsil- Hökumətlərarası Təqaüd Proqramı (HTP) – 2023/2024
Qazaxıstan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlığa dair 3 aprel 2017-ci il