Beynəlxalq əlaqələr və əməkdaşlıq şöbəsi
Mingəçevir Dövlət Universitetinin Beynəlxalq əməkdaşlıq ofisi öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi və tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında həyata keçirir.
Mingəçevir Dövlət Universitetinin (MDU) beynəlxalq əlaqələri xarici ölkə universitetləri ilə ikitərəfli əməkdaşlığı, beynəlxalq təhsil proqramlarında iştirakı, əcnəbi tələbələrin cəlb olunmasını, müvafiq beynəlxalq təşkilatlarla işbirliyini və digər istiqamətləri əhatə edir.
Şöbədə görülən işlər
Xarici ölkə universitetləri ilə əməkdaşlıq tələbə və müəllim mübadiləsinin həyata keçirilməsini, ortaq Yay Məktəblərinin və ikili diplom proqramlarının reallaşdırılmasını, birgə elmi konfransların və seminarların təşkilini, qarşılıqlı faydalı təcrübə mübadiləsinin aparılmasını nəzərdə tutur. Bu vaxta qədər, MDU dünyanın bir çox ölkəsinin ali təhsil müəssisələri ilə ikitərəfli əməkdaşlıq müqaviləsi imzalamışdır.
“Erasmus +” proqramı üzrə müəllim-tələbə mübadiləsi sahəsində fəaliyyət uğurla davam etdirilir. Təhsil aldıqları müddətdə topladıqları kreditlərin bir hissəsini tərəfdaş universitetlərdə qazanmış tələbələrimizin sayı sürətlə artır. Həmin proqram çərçivəsində İspaniyanın Valladolid Universiteti, Ruminiyanın Timişoara Politexnik və Transilvaniya Universitetləri, Bolqarıstanın Varna İqtisadiyyat Universiteti, İstanbul Gedik Universiteti ilə bakalavriat, magistratura dərəcələrində təhsil alan tələbələrin və akademik heyətin mübadiləsi həyata keçirilir.
2021-ci ildə beynəlxalq əlaqələrin inkişafı çərçivəsində Mingəçevir Dövlət Universiteti Türkiyənin Qazi Universiteti, Yıldız Teknik Universiteti, KTO Karatay Universiteti, İstanbul Gedik universiteti ilə əməkdaşlıq protokolu imzalayıb. Bu universitetlərlə MDU arasında ortaq mühazirələrin təşkil edilməsi, konfransların həyata keçirilməsi, elmi məqalələrin qarşılıqlı olaraq universitetlərin jurnallarında çap edilməsi, tələbə-müəllim mübadiləsi və digər məsələləri əhatə edir.
2021-ci il oktyabrın 27-də MDU və Kiyev Milli İqtisadiyyat Universiteti (KNEU) arasında əməkdaşlıq memorandumu imzalanmışdır. 2021-ci ilin 29 oktyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) və Kiyev Milli Texnologiya və Dizayn Universiteti (Kyiv National University of Technologies and Design-KNUTD) arasında əməkdaşlıq memorandumu imzalanıb.
2021-ci ildən MDU-nun da iştirak etdiyi Avropa Komissiyasının maliyyələşdirdiyi “Erasmus+” proqramı çərçivəsində həyata keçirilən ali təhsildə uyğun istiqamətlərin inkişaf etdirilməsini nəzərdə tutan “Sahil ekosistemlərinin iqlim dəyişikliyinə uyğunlaşdırılması üçün geoməkan mühəndisliyi üzrə yeni fənləri” (“New Courses in Geospatial Engineering for Climate Change Adaptation of Coastal Ecosystems”) GEOCLIC layihəsinə start verilib. Üç il davam edəcək layihədə Azərbaycan, Almaniya, Niderland Krallığı, Litva, Qazaxıstan, Rumıniya və Türkmənistan ali təhsil müəssisələri tərəfdaş kimi çıxış edəcək.
Şöbə müdiri

Samirə Əhmədova
Əməkdaşlar

Pərviz Məmmədrzayev
koordinator
parviz.mammadrzayev@mdu.edu.az

Tamara Xanlayeva
koordinator
tamara.xanlayeva@mdu.edu.az
Beynəlxalq əməkdaşlıq
Xəbərlər
Mingəçevir Dövlət Universitetinin ev sahibliyi etdiyi ilə Davamlı İnkişafa həsr edilmiş III Beynəlxalq Konfrans çərçivəsində bölmə iclasları keçirilib
2025-ci ilin 7 dekabr tarixində “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş “Davamlı İnkişaf Strategiyası: Qlobal trendlər, milli təcrübələr və yeni
MDU-nun ev sahibliyi etdiyi Davamlı inkişafa həsr olunmuş Beynəlxalq Konfransın ikinci günündə türkiyəli alimlərlə birlikdə yüksək impaktlı jurnallarda nəşr strategiyaları barədə müzakirələr aparılıb
Mingəçevir Dövlət Universitetində (MDU) 2025-ci ilin 6–8 dekabr tarixlərində keçirilən “Davamlı İnkişaf Strategiyası: Qlobal trendlər, milli təcrübələr və yeni hədəflər”
Mingəçevir Dövlət Universiteti qlobal elmin mərkəzinə çevrildi: Dünyanın nüfuzlu universitetlərinin professorlarının xüsusi çıxışları
2025-ci ilin 6 dekabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) ev sahibliyi ilə keçirilən “Davamlı İnkişaf Strategiyası: Qlobal trendlər, milli təcrübələr
Mingəçevir Dövlət Universitetinin ev sahibliyi etdiyi “Davamlı İnkişaf Strategiyası: Qlobal trendlər, milli təcrübələr və yeni hədəflər” adlı III Beynəlxalq Konfrans öz işinə başlayıb: 19 ölkənin alim və tədqiqatçıları Mingəçevirdə
2025-ci il 6 dekabr tarixində “Konstitusiya və Suverenlik İli” çərçivəsində Mingəçevir Dövlət Universiteti (MDU), Azərbaycan Texniki Universiteti (AzTU), Türkiyənin Gazi
Elanlar

İspaniya Krallığının Valladolid Universiteti sənəd qəbulu elan edir
İspaniya Krallığının Valladolid şəhərində yerləşən Valladolid Universiteti sənəd qəbulu elan edir (tələbə və magistrantlar üçün) Avropa İttifaqının maliyyələşdirdiyi “Erasmus+” proqramı

Litva Respublikasında 2021-2022-ci tədris ili üzrə təqaüdlü təhsil imkanı
Litva Respublikasının “Təhsil Birjalarına Dəstək Vəqfi” Azərbaycan vətəndaşları üçün 2021- 2022-ci tədris ili üzrə bu ölkənin müxtəlif ali təhsil müəssisələrində
İspaniya Krallığının Valladolid Universiteti “Erasmus+” proqramı çərçivəsində sənəd qəbulu elan edir
Avropa İttifaqının maliyyələşdirdiyi “Erasmus+” proqramı çərçivəsində İspaniya Krallığının Valladolid universiteti tələbə-müəllim mübadiləsininin həyata keçirilməsi üçün sənəd qəbuluna başlayır. Qeyd etmək