15 mart 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) iməclik keçirilib. MDU-nun tədris binalarının həyətində təşkil edilən iməclikdə universitetin bir qrup akademik və inzibati heyət üzvü, tələbələr və magistrantlar iştirak ediblər.
İməclik zamanı universitetin həyətində ağacların dibi yumşaldılıb, təmizlik və abadlıq işləri görülüb.
Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da tələbə gənclərin ətraf mühitə diqqətinin artırılması, onların asudə vaxtlarının səmərəli təşkili və sağlam həyat tərzinin təmin edilməsi məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsinə xüsusi önəm verilir.