Mingəçevir Dövlət Univeristetində (MDU) İctimai Nəzarət Şurasının (İNŞ) üzvləri imtahan prosesini izləyiblər

  • Рубрика записиMDU xəbərləri

30 yanvar 2025-ci il tarixində  Mingəçevir Dövlət Universitetinin (MDU) İctimai Nəzarət Şurasının (İNŞ) üzvləri cari ilin payız semestrinin imtahan sessiyası çərçivəsində imtahan prosesini müşahidə ediblər.

MDU-nun fəaliyyətində yaxından iştirak etdiklərinə görə İNŞ üzvlərinə təşəkkürünü bildirən universitetin rektor vəzifəsini müvəqqəti icra edən, Tədris işləri üzrə prorektor Üzeyir Zeynalov cari payız semestrinin imtahan sessiyasının təşkili ilə bağlı görülən işlər, imtahanların gedişi və bu günədək olan nəticələr barədə ətraflı məlumat verib. Azərbaycan Respublikasının Elm və təhsil nazirinin müvafiq əmrinin tələblərini diqqətə çatdıran Ü. Zeynalov İNŞ üzvlərini imtahanlarda şəffaflığın və obyektivliyin təmin edilməsi, biliyin ədalətli qiymətləndirilməsi və müraciətlərin operativ cavablandırılması məqsədilə tətbiq edilən mexanizmlərlə, o cümlədən “İmtahan Qərargahı”nın fəaliyyəti ilə tanış edib.

İNŞ üzvləri tələbələrlə söhbət ediblər və onların imtahan prosesi ilə bağlı fikirlərini öyrəniblər. İmtahan sessiyasının gedişatı ilə əyani tanışlıqdan məmnunluqlarını ifadə edən İNŞ üzvləri tələbələrə uğurlar arzulayıblar və MDU-nun müasirləşməsi istiqamətində atılan davamlı addımların universitetin milli ali təhsil məkanında mövqeyini daha da gücləndirəcəyinə əminliklərini bildiriblər.