Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində keçirilən “Fizika ayı” çərçivəsində Mingəçevir şəhəri və ətraf bölgələrdən olan məktəblilər üçün universitetimizin Fizika laboratoriyasında xüsusi görüşlər təşkil edilib. Bu tədbir gənc nəslin elmə olan marağını artırmaq və onların praktiki biliklərini genişləndirmək məqsədi daşıyıb.
Tədbirə Salahlı kənd tam orta məktəbi, Mingəçevir şəhər 8 nömrəli və 18 nömrəli tam orta məktəblərinin şagirdləri qatılıb. Məktəblilər universitetin Fizika laboratoriyasını ziyarət edərək müxtəlif fiziki cihazların iş prinsipi haqqında ətraflı məlumat alıblar. Laboratoriyada keçirilən praktiki təcrübələr və cihazların işləmə prinsipləri barədə edilən izahlar, şagirdlərin elmi və texniki biliklərini artırmaq baxımından böyük əhəmiyyət kəsb edib.
Görüşlər zamanı iştirakçı məktəblilər cihazların tətbiq sahələri haqqında geniş məlumatlar əldə edərək, elmin praktiki tərəfləri ilə tanış olublar. Onların marağı və fəallığı tədbirin uğurla keçməsinə böyük töhfə verib.
Fizika ayı çərçivəsində keçirilən bu cür tədbirlərin məktəblilər arasında elmi düşüncənin inkişafına və təcrübə yönümlü yanaşmaların təbliğinə böyük töhfə verdiyi qeyd olunub.