MDU əməkdaşları Milli Qəhrəman Natiq Qasımovun xatirəsinə həsr olunmuş xatirə kompleksinin açılışında iştirak edib.
Tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı hörmətli İlham İsmayılov, Millət vəkili hörmətli Aydın Mirzəzadə və şəhər ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
Milli Qəhrəman Natiq Qasımovla eyni bir Millətin övladı olmağın qürurunu yaşadıq.
Öz Qəhrəman Əsgərinə verdiyi yüksək dəyərə görə Ali Baş Komandana minnətdarlığımızı bildiririk.
Milli Qəhrəman Natiq Qasımovun timsalında bütün Şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla anırıq.