Mingəçevir Dövlət Universitetinin Maliyyə ixtisası üzrə M22 qrup tələbəsi Namiq Qədimli 29 iyun 2024-cü ildə başladığı “Honours Academy”nin “Financial Accounting” (F3) təlimini 29 sentyabr 2024-cü ildə uğurla tamamlayaraq 8 bal nəticə ilə sertifikat əldə edib.
Daha sonra o, 6 mart 2025-ci ildə ACCA-nın “Financial Accounting” (F3) beynəlxalq kursunda iştirak edərək 50% nəticə göstərmiş və beynəlxalq maliyyə sertifikatına sahib olub. Bu nailiyyət onun maliyyə sahəsindəki bilik və bacarıqlarını daha da möhkəmləndirib.
Tələbəmiz Namiq Qədimlini qazandığı uğurlara görə təbrik edirik!