15 fevral 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Mühəndislik fakültəsinin İnformasiya texnologiyaları kafedrasının təşkilatçılığı ilə “İnteraktiv lövhə və rəqəmsal tədris texnologiyalarının tətbiqi” mövzusunda təlim keçirilib.
Təlimçi Fatimə Rəhman tərəfindən keçirilən təlimin məqsədi müasir texnologiyaların tədris prosesində effektiv tətbiqinə dair bilik və bacarıqların artırılması olub. Tədbirdə fakültənin professor-müəllim heyəti iştirak ediblər
Təlim zamanı interaktiv lövhələrin funksionallığı, istifadəsi və pedaqoji prosesdəki rolu haqqında ətraflı məlumat verilib. Eyni zamanda, rəqəmsal tədris resurslarından səmərəli istifadə üsulları nümayiş etdirilib və praktiki məşğələlər təşkil olunub. İştirakçılar mövzu ətrafında müzakirələr aparıb və suallarını ünvanlayıblar.
Sonda iştirakçılar bu cür təlimlərin pedaqoji prosesin innovativ inkişafına töhfə verdiyini vurğulayıb və gələcəkdə bu istiqamətdə daha çox tədbirin keçirilməsinin vacibliyini qeyd ediblər.