14-15 Fevral 2024-cü il tarixində “Veb 2.0 Alətlərinin Təhsildə Tətbiqi” mövzusunda 2 günlük təlim keçirildi. Təlimin məqsədi Veb 2.0 alətlərinin əsas prinsipləri və tətbiq sahələri ilə tanışlıq və bu alətlərlə dərs planlarının hazırlanması və icrası məsələlərinin tədrisi idi. Təlim zamanı akademik heyətə Veb 2.0 alətlərinin təhsildə necə effektiv istifadə oluna biləcəyi, dərs planlarının bu alətlərlə necə inkişaf etdirilə biləcəyi haqqında geniş məlumat verildi. Təlimçilər: V.A. Nuriyeva və N.K. Əhmədova olmuşdur.
