4-15 Fevral 2019-cu il tarixində Mingəçevir Dövlət Universitetinin İnformasiya Texnologiyaları Kafedrasının təşkilatçılığı ilə “Akademik Heyət üçün Rəqəmsal Bacarıqlar və İKT-nin Təhsildə Tətbiqi” mövzusunda 2 günlük təlim keçirildi. Təlim Mingəçevir Dövlət Universitetinin akademik heyəti üçün tədrisin keyfiyyətini artırmaq məqsədilə təşkil olunmuşdur. Təlim zamanı MS Word, MS Excel və MS PowerPoint proqramları ilə işləmə bacarıqları və tədrisdə proyektor və interaktiv lövhənin istifadəsi barədə geniş məlumat verildi. Təlimin keçirilməsi ilə akademik heyətə müxtəlif proqram təminatları və avadanlıqların təhsildə necə effektiv istifadə olunacağı barədə məlumat verildi. Təlimin tədrisin səmərəliliyini artırmağa və müəllimlərin rəqəmsal bacarıqlarını inkişaf etdirməyə yönəldiyi vurğulanmışdır. Təlimçilər: E.O. Xəlilov və Ş.S. Nəsirova olmuşdur.

Mingəçevir Dövlət Universitetinin İnformasiya texnologiyaları kafedrasının təşkilatçılığı ilə “Akademik heyət üçün rəqəmsal bacarıqlar və İKT-nin təhsildə tətbiqi” mövzusunda təlim keçiriıib
- Запись опубликована:15.02.2019
- Рубрика записиMDU xəbərləri
Вам также может понравиться

Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov Şamaxıda “YayFest”də iştirak edən tələbələrlə görüşüb

Zəfər Gününə həsr olunan ədəbi-bədii gecə keçirilib

MDU-da Vətən müharibəsi iştirakçıları ilə görüş keçirilib

Mingəçevir Dövlət Universitetində “O olmasın bu olsun” tamaşası səhnələşdirilib

MDU aliminin həmmüəllifi olduğu monoqrafiya Almaniyada çap olunub

Mingəçevir Dövlət Universitetinin İctimai Nəzarət Şurasının üzvləri imtahanları izləyiblər

MDU payız imtahan sessiyasına tam hazırdır
