15-16 Sentyabr 2020-ci il tarixində Mingəçevir Dövlət Universitetinin İnformasiya Texnologiyaları Kafedrasının təşkilatçılığı ilə “MS Teams Platforması ilə İstifadə Qaydaları” mövzusunda 2 günlük təlim keçirildi. Təlimin məqsədi distant təhsil zamanı akademik heyətin MS Teams platformasından səmərəli şəkildə istifadə etmə bacarıqlarını inkişaf etdirmək idi. Təlim zamanı MS Teams platformasında dərslərin idarə olunması və onlayn tədris üçün video-konfrans texnologiyalarının istifadəsi haqqında geniş məlumat verildi. Təlimin keçirilməsində əsas məqsəd distant təhsil üçün texniki bacarıqların artırılması və onlayn tədrisin effektivliyini təmin etmək idi. Təlimçilər: G.S. Baxşiyeva, A.M. Mustafayeva və A.M. Abdurrahmanova olmuşdur.