Mingəçevir Dövlət Universitetində “MS PowerPoint – MS Office” mövzusunda peşəkar təlim keçirilib

Mingəçevir Dövlət Universitetində (MDU) Mühəndislik fakültəsinin İnformasiya Texnologiyaları kafedrasının təşkilatçılığı ilə “MS PowerPoint – MS Office” mövzusunda peşəkar təlim keçirilib. Təlimdə iştirak edənlərə Microsoft Office paketinin ən çox istifadə olunan tətbiqlərindən biri olan PowerPoint proqramı haqqında ətraflı məlumat verilib.

Təlimin məqsədi iştirakçıların təqdimat hazırlamaq bacarıqlarını inkişaf etdirmək, MS PowerPoint-in müxtəlif funksiyalarından daha səmərəli istifadə etmək və təqdimatların vizual effektlərini artırmaq olub. Təlimçi Məryəm Əsədova iştirakçılara proqramın əsas funksiyalarını və alətlərini izah edərək, təqdimatların hazırlanmasında yaratdıqları dizayn və animasiyaların vacibliyini vurğulayıb.
Təlimdə həmçinin müxtəlif təcrübə sessiyaları və real həyat nümunələri əsasında, MS PowerPoint-in daha effektiv və peşəkar şəkildə istifadə edilməsi barədə praktiki təlimatlar verilib.
Təlimin sonunda iştirakçılar əldə etdikləri bilikləri müzakirə edərək, MS PowerPoint-də təqdimatların daha cazibədar və təsirli hala gətirilməsi yollarını öyrəniblər.

MDU-nun İnformasiya Texnologiyaları kafedrasının təşkil etdiyi bu cür təlimlər universitetin tələbələrinin və müəllim heyətinin texnologiya sahəsində biliklərini artırmağa, gələcəkdə daha səmərəli və peşəkar işlər görmələrinə dəstək olmağa davam edəcəkdir.