Вы сейчас просматриваете Mingəçevir şəhər Uşaq Gənclər İnkişaf Mərkəzinin direktoru Ədalət Quliyevanın “Mingəçevir Dövlət Universiteti 2030: İnkişaf Strategiyası” haqqında fikirləri

Mingəçevir şəhər Uşaq Gənclər İnkişaf Mərkəzinin direktoru Ədalət Quliyevanın “Mingəçevir Dövlət Universiteti 2030: İnkişaf Strategiyası” haqqında fikirləri

  • Рубрика записиMDU xəbərləri

Mingəçevir Dövlət Universitetinin (MDU) Elmi Şurası tərəfindən qəbul edilmiş “Mingəçevir Dövlət Universiteti 2030: İnkişaf Strategiyası”nı hörmətli rektor çox sadə və açıq şəkildə ictimaiyyət nümayəndələrinə təqdim edib.

Təhsil, tədqiqat və innovasiya sahəsində qabaqcıl mövqeyi ilə fərqlənməklə yeni dövrün universitetinə çevrilən MDU-nun bu cür sürətlə irəliləməsi bir mingəçevirli kimi bizi sevindirməyə bilməz. Bu ali təhsil ocağının əməkdaşlarınının qazandığı uğurlarla qürur duyururam. Çünki MDU-nun nail olduğu yüksəliş şəhərimizin, yəni hamımızın uğurudur. Mən əminəm ki, nəinki MDU-nu bitirən məzunlar və ya burada çalışan akademik və inzibati heyət üzvləri, bütün mingəçevirlilər universitetin əldə edəcəyi nailiyyətlərə dəstək olacaqlar.  

Ölkənin və regionun inkişafına davamlı töhvə verən nəticəyönümlü elmi-tədqiqat fəaliyyətlərini həyata keçirmək potensialına sahib olmağı, regional innovasiya ekosisteminin drayverinə çevrilməyi, sosial məsuliyyəti və xidmətlərin keyfiyyətini artıraraq cəmiyyətin hərtərəfli inkişafına davamlı töhfə verməyi hədəfləyən universitetin kollektivinə ancaq uğurlar arzulamaq qalır.

Başda Şahin müəllim olmaqla, doğma universitetin kollektivinə, eləcə də bütün Mingəçevir sakinlərənə bol-bol uğurlar diləyirəm.

Mingəçevir şəhər Uşaq Gənclər İnkişaf Mərkəzinin direktoru,

MDU-nun İctimai Nəzarət Şurasının üzvü, “Tərəqqi” medallı Ədalət Quliyeva