2024-cü ilin 16-18 aprel tarixlərində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhərində təşkil edilən 6-cı “Ali Təhsil Liderlik Forumu”nda (MENA) iştirak edib.
Ş.Bayramov forum çərçivəsində “Ali təhsilin cəmiyyətin ehtiyaclarına uyğunlaşdırılması: Dəyişən tələblərə adaptasiya” mövzusunda keçirilən panel müzakirəsində çıxış edib. Çıxış zamanı Beynəlxalq Universitetlər Assosiasiyanın missiya və prioritetləri, universitet-cəmiyyət əməkdaşlığına dair dəyərləri və ali təhsilin beynəlmiləlləşməsi üzrə 6-cı qlobal sorğunun müvafiq nəticələrini təqdim edib və yeni dövrün universitetinə çevrilməyi hədəfləyən MDU-nun strateji məqsədlərindən və yerli icmanın ehtiyaclarını qarşılamaq sahəsində təcrübəsindən danışıb.
Faydalı və məhsuldar keçən forumda MDU-nu təmsil edən rektor Ş.Bayramovun məruzəsi maraqla qarşılanıb, müzakirələr aparılıb və suallar cavablandırılıb.