17 fevral 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetinin Təhsil fakültəsində tədris təcrübəsi uğurla davam edir. Riyaziyyat kafedrasının müvafiq ixtisasları – Riyaziyyat və Riyaziyyat-İnformatika qruplarında buraxılış kurslarının tələbələri bu təcrübədə uğurla iştirak etmişdir. Təcrübənin daha səmərəli olması üçün müasir texnologiyaların və texniki resursların istifadəsi tövsiyə olunmuş , təcrübə rəhbərləri tərəfindən tələbələrə innovativ tədris metodlarından istifadə, müasir tədris alətlərinin tətbiqi və tapşırıqların daha məqsədəuyğun şəkildə optimallaşdırılması məsləhət görülmüşdür. Müasir rəqəmsal alətlərdən istifadə etməklə interaktiv dərs mühitinin yaradılması və tələbələrin yaradıcı təfəkkürünün inkişaf etdirilməsi də önəmli amillərdən biridir. Təcrübə prosesində tələbələr təkcə fənn biliklərini deyil, həmçinin pedaqoji ünsiyyət bacarıqlarını da təkmilləşdirirlər. Bu, onların gələcək müəllimlik fəaliyyətində daha hazırlıqlı və peşəkar olmasına imkan yaradır. Təcrübənin sonunda tələbələr hesabat hazırlayır və müdafiə edirlər ki, bu da onların təcrübə müddətində qazandıqları bilik və bacarıqların qiymətləndirilməsinə şərait yaradır. Beləliklə, Mingəçevir Dövlət Universitetində həyata keçirilən təcrübə proqramı tələbələrin nəzəri bilikləri praktik təcrübə ilə birləşdirməsinə, onların pedaqoji və texniki bacarıqlarını artırmasına geniş imkan yaradır.
Mingəçevir Dövlət Universitetinin Təhsil fakültəsində tədris təcrübəsi uğurla davam edir
- Запись опубликована:05.03.2025
- Рубрика записиMDU xəbərləri
Вам также может понравиться

MDU-nun 23 tələbəsinin təhsil xərclərini Gənclər Fondu qarşılayacaq

Rektor Şahin Bayramovun “Azərbaycan müəllimi” qəzetinin 20 yanvar 2023-cü il tarixli buraxılışında məqaləsi dərc olunub (II hissə)

MDU-nun Tələbə Elmi Cəmiyyətinin növbəti konfransı keçirilib

MDU-da “Tyutor xidməti” təlim proqramının iştirakçıları ilə görüş keçirilib

Karyera planlaması fənnindən praktik məşğələ keçilib

MDU-da “Heydər Əliyev İli” çərçivəsində tələbələrin elmi konfransı keçirilib

Mingəçevir Dövlət Univeristetində “Konstitusiya və Suverenlik ili” çərçivəsində intellektual yarış keçirilib
