Mingəçevir Dövlət Universitetində “π Günü” tədbiri keçirilib

  • Рубрика записиMDU xəbərləri

14 mart 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetində Riyaziyyat kafedrasının təşkilatçılığı ilə “π Günü” adlı tədbir keçirilib. Tədbirin məqsədi riyaziyyatın vacib bir sabiti olan π (pi) ilə bağlı məlumat vermək və bu mövzuya maraq yaratmaq olub. Tədbirdə öncə Vətən uğurunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub və Dövlət himni səsləndirilib.
Tədbirin açılışında Riyaziyyat kafedrasının müdiri, dosent Rövşən Babayev π-nin əhəmiyyəti və riyaziyyatın müxtəlif sahələrindəki rolundan danışıb. O, riyaziyyatın tədrisi və inkişafı üçün belə tədbirlərin əhəmiyyətini vurğulayıb.
Tədbirdə Mingəçevir Dövlət Universitetinin Riyaziyyat və İnformatika müəllimliyi ixtisasının III kurs tələbəsi Sübhan Məmmədli π-nin yaranma tarixi və hesablanması mövzusunda maraqlı təqdimat keçirib. Onun çıxışı iştirakçılara π-nin tarixçəsi və müxtəlif dövrlərdə necə hesablandığı barədə ətraflı məlumat verib. Elnarə Əhmədova isə “π-nin tətbiqləri və riyaziyyatda rolu” mövzusunda çıxış edərək, π-nin real həyatda və müxtəlif elmi sahələrdə necə istifadə edildiyini izah edib.
Tədbirin bir digər diqqətçəkən təqdimatı isə Jalə Abdullayeva tərəfindən olub. O, “π-nin tətbiqləri və riyaziyyatda rolu” mövzusunda çox maraqlı bir çıxış edərək, tədbir iştirakçılarının diqqətini çəkib.
Tədbirin sonunda I kurs tələbəsi Əhmədova Aidə “π Günü” ilə bağlı hazırladığı təqdimatla çıxış edərək, bu unikal günü qeyd etmək üçün müxtəlif yaradıcı fikirlər irəli sürüb. Mingəçevir Dövlət Universitetinin riyaziyyat sahəsindəki təhsilini təbliğ edən bu tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və çoxsaylı suallarla davam edib.
Tədbir təqdimatların ardından keçirilən mükafatlandırma mərasimi və bədii hissə ilə davam edib. Ən yaxşı təqdimatlara sahib tələbələrə müxtəlif hədiyyələr təqdim olunub.