Mingəçevir Dövlət Universitetində “Akademik kommunikasiya: Tələbələr üçün effektiv şifahi ünsiyyət bacarıqları” mövzusunda təlim keçirilib

  • Рубрика записиMDU xəbərləri

28 fevral 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) “Akademik kommunikasiya: Tələbələr üçün effektiv şifahi ünsiyyət bacarıqları” mövzusunda təlim təşkil olunub. Tədbirdə Pedaqogika və psixologiya kafedrasının müəllimi Aydın Kərimov iştirakçılara natiqlik sənəti, auditoriya ilə düzgün əlaqə qurmaq, inandırıcı nitq strategiyaları və öz fikirlərini daha təsirli şəkildə təqdim etməyin yolları haqqında ətraflı məlumat verib.

Təlimin əsas məqsədi tələbələrin akademik mühitdə və gündəlik həyatda effektiv şifahi ünsiyyət bacarıqlarını inkişaf etdirmək, məzmunun aydın və inandırıcı şəkildə ifadə olunmasına dair praktiki biliklər qazandırmaq olub.

İnteraktiv formada keçirilən təlim zamanı tələbələr müxtəlif praktiki tapşırıqlarda iştirak edərək ünsiyyət bacarıqlarını təkmilləşdirmək imkanı əldə ediblər. Mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb və real situasiyalar əsasında praktiki məşqlər keçirilib.

MDU-da tələbələrin akademik və şəxsi inkişafına yönəlmiş bu cür təlimlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.