Mingəçevir Dövlət Universitetində Bakı Mühəndislik Universitetinin əməkdaşı, elmmetrik bazalar üzrə mütəxəssis, filologiya üzrə fəlsəfə doktoru Sevda Hüseynovanın iştirakı ilə “Publishing in Cambridge Core: A Practical Journey Based on Real Experience with Cambridge University Press” mövzusunda təlim təşkil olunub.
Təlimdə universitetin professor-müəllim heyəti, gənc alimlər və tədqiqatçılar iştirak ediblər. Sevda Hüseynova çıxışı zamanı Cambridge University Press platforması olan Cambridge Core elmi bazasında nəşr imkanları, yüksək reytinqli Q1 kvartilli jurnallarda məqalə dərcinin tələbləri və beynəlxalq elmmetrik göstəricilər barədə ətraflı məlumat verib.
Təlimin sonunda Sevda Hüseynova iştirakçıları maraqlandıran sualları cavablandırıb.