17 aprel 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Təcrübə və karyera inkişafı mərkəzinin təşkilatçılığı ilə “İnnovasiya və yaradıcı düşüncə” mövzusunda maarifləndirici təlim keçirilib.
Təlimin əsas məqsədi tələbələrdə və gənclərdə innovativ düşüncə tərzinin formalaşdırılması, yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi və bu bacarıqların gələcək peşəkar fəaliyyətlərində tətbiqi imkanları barədə məlumatlandırmaq olub.
Təlimçi MDU-nun Biznes və menecment kafedrasının müəllimi, Beynəlxalq Əmək Təşkilatının (BƏT/ILO) sertifikatlı Biznes plan təlimçisi Babək Hüsüyev iştirakçılarla innovasiya anlayışı, yaradıcılığın inkişafı üsulları və bu bacarıqların biznes mühitində uğurlu tətbiqi barədə geniş fikir mübadiləsi aparıb.
Təlimdə müasir dövrün tələblərinə uyğun olaraq innovativ yanaşmaların rolu, kreativ düşüncənin qərar qəbul etmə proseslərində əhəmiyyəti və peşəkar inkişafda oynadığı mühüm rol vurğulanıb. Praktik nümunələrlə zənginləşdirilmiş interaktiv sessiya tələbələr tərəfindən böyük maraqla qarşılanıb.
Tədbirin sonunda iştirakçılar təlimçi ilə sual-cavab formatında müzakirələr aparıb, mövzu ilə bağlı təklif və ideyalarını bölüşüblər.
Belə maarifləndirici tədbirlərin keçirilməsi MDU-da tələbələrin bilik və bacarıqlarının inkişafına, karyera perspektivlərinin genişlənməsinə töhfə verir