Mingəçevir Dövlət Universitetində “İnsan hüquqları aylığı” çərçivəsində maarifləndirici bukletlər paylanılıb

  • Рубрика записиMSU News

Mingəçevir Dövlət Universitetində “İnsan hüquqları aylığı” çərçivəsində tələbələrin hüquqi maarifləndirilməsi, insan hüquqları sahəsində məlumatlılığının artırılması və hüquq mədəniyyətinin gücləndirilməsi məqsədilə məlumatlandırıcı bukletlər paylanılıb.

Təşəbbüs çərçivəsində tələbələrə insan hüquqları, vətəndaş məsuliyyəti, hüquqi biliklərin gündəlik həyatda əhəmiyyəti, eləcə də cəmiyyətin inkişafında hüquq və azadlıqlara hörmət prinsiplərinin rolu barədə məlumatlar təqdim olunub.

Paylanılan bukletlərdə insan hüquqlarının qorunması, hüquqi davranış mədəniyyəti, bərabərlik, tolerantlıq, sosial məsuliyyət və vətəndaş fəallığı kimi mövzulara dair maarifləndirici məlumatlar yer alıb. Tələbələrə bu sahədə biliklərin artırılmasının şəxsi inkişaf, sosial münasibətlər və fəal vətəndaş mövqeyinin formalaşması baxımından mühüm əhəmiyyət daşıdığı bildirilib.

Qeyd olunub ki, Mingəçevir Dövlət Universitetində tələbələrin yalnız peşəkar bilik və bacarıqlara yiyələnməsi deyil, həm də hüquqi, sosial və vətəndaşlıq şüurunun inkişaf etdirilməsi prioritet istiqamətlərdən biri kimi diqqət mərkəzində saxlanılır.

Universitetdə “İnsan hüquqları aylığı” çərçivəsində həyata keçirilən bu kimi maarifləndirici təşəbbüslər tələbələrin hüquqi biliklərinin zənginləşdirilməsinə, insan hüquqlarına hörmət prinsiplərinin təşviqinə və cəmiyyətdə məsuliyyətli vətəndaş mövqeyinin formalaşdırılmasına xidmət edir.

#İnsanHüquqlarıAylığı #HumanRightsMonth