2022-ci ilin 2 iyun tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Karyera və İnkişaf Mərkəzinin və “ParaBOKT” ASC-nin birgə təşkilatçılığı ilə “Karyera Günü” keçirilib.
“ParaBOKT” ASC-nin mütəxəssisləri Gülnar Həsənova və Sənan Ağayev tələbələrə təmsil etdikləri şirkətin yaranması və fəaliyyəti, təcrübə proqramları, karyera və iş imkanları, işə qəbul prosesi və müsahibəyə hazırlıq barədə ətraflı məlumat veriblər.
Sonra şirkətdə olan mövcud vakansiyalarla bağlı infosessiya təşkil edilib və iştirakçıların çoxsaylı sualları cavablandırılıb.
Tədbir tələbələr tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da gənclərin karyera inkişafına hədəflənən müxtəlif formatlı tədbirlərin keçirilməsinə xüsusi önəm verilir.