Mingəçevir Dövlət Universitetində “Konstitusiya və Suverenlik İli” çərçivəsində XIX tələbə elmi konfransı keçirilib

  • Рубрика записиMDU xəbərləri

29 aprel 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Təhsil fakültəsində Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş XIX tələbə elmi konfransı keçirilib.

Konfransı giriş sözü ilə açan Təhsil fakültəsinin dekanı Nizami Zeynalov tədbirin əhəmiyyətindən bəhs edərək, bu cür elmi platformaların tələbələrin tədqiqat bacarıqlarının inkişafına verdiyi töhfələri vurğulayıb. O, həmçinin Ümummilli lider Heydər Əliyevin dövlətçilik siyasəti, Konstitusiya quruculuğundakı rolu və suveren Azərbaycan dövlətinin formalaşmasındakı misilsiz xidmətləri barədə iştirakçılara geniş məlumat verib.
Konfransda müxtəlif ixtisaslar üzrə təhsil alan tələbələr: AƏ22.2 saylı qrup tələbəsi Emin Abdullayev “Azərbaycan ədəbiyyatında suverenlik çağırışları”, T24 saylı qrup tələbəsi Arzu Quliyeva “Suveren dövlətin təhlükəsizlik strategiyasında Konstitusiyanın rolu”, Sİ23 qrup tələbəsi Nemət Heybətzadə “Uşaq şəxsiyyətinə mənfi təsir göstərən qruplar və onların qarşısının alınması yolları”, XD22 saylı qrup tələbəsi Nərmin Quliyeva “İngilis dili və iş imkanları arasında əlaqəyə ictimai baxış”, R22 saylı qrup tələbəsi Fidan Hacıyeva “Xarakteristik çoxhədlilərin Leverye üsulu ilə qurulması”, MT22.1 saylı qrup tələbəsi Sevinc Qurbanlı “Müasir ailələrdə ailədaxili münaqişələrin səbəbləri” İS22.1 saylı qrup tələbəsi Nəzrin Əzizli “İnklüziv təhsildə qarşıya çıxan problemlər və onların həlli yollarının elmi-praktik təhlili”
mövzularında məruzələrlə çıxış ediblər.
Məruzələr ətrafında aparılan müzakirələrdə tələbələr və müəllim heyəti mövzularla bağlı fikir mübadiləsi aparıb, tədqiqat işlərinin elmi əhəmiyyətini yüksək qiymətləndiriblər.
Konfrans tələbələrin elmi dünyagörüşünün formalaşmasına və analitik təfəkkürünün inkişafına töhfə verən mühüm tədbirlərdən biri kimi yadda qalıb.