Mingəçevir Dövlət Universitetində Novruz tonqalı yandırılıb

  • Рубрика записиTədbirlər


            2022-ci ilin 15 mart tarixində Mingəçevir Dövlət Universitetində Novruz bayramı münasibətilə tədbir keçirilib.

Universitetin həyətində keçirilən tədbiri giriş sözü ilə açan MDU-nun rektoru Şahin Bayramov universitetin əməkdaşlarını və tələbələrini Novruz bayramı münasibətilə təbrik edib, ən xoş arzularını çatdırıb. Müzəffər Ali Baş Komandanımızın və rəşadətli Azərbaycan Əsgərinin sayəsində dogma Qarabağımızda, mədəniyyət paytaxtımız olan Şuşada Novruz tonqalının yandırılmasından qürur hissi keçirdiklərini vurğulayan rektor əzəli torpaqlarımızın azad olunması yolunda canından keçən Şəhidlərimizə Allahdan rəhmət diləyib, qazilərimizə şəfa arzulayıb.

Tədbirdə çıxış edən MDU-nun dosenti Namaz Manafov Novruz bayramının tarixindən bəhs edib və Azərbaycan xalqının bu milli bayramının əsas xüsusiyyətləri barədə ətraflı məlumat verib.

Sonra MDU tələbələri tərəfindən Novruz bayramına həsr olunan musiqilər səsləndirilib, rəqslər ifa olunub, səhnəciklər nümayiş etdirilib.

Bayram tədbirində universitetin əməkdaşları və tələbələri ilə yanaşı MDU İctimai Nəzarət Şurasının üzvləri də iştirak ediblər.