21 fevral 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) inzibati binasında üniversitetin rəhbərliyinin yerli və xaricı müəllim və tələbə heyətinin, həmcinin ictimaiyyət nümayəndələnnın iştirakı ilə Yevlax Regional Miqrasiya idarəsi tərəfindən “Konstitusiya və Suverenlik ili”nə və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 18-ci ildönümünə həsr olunmuş “Qanunun aliliyinin və tam suverenliyin əldə olunmasının miqrasiya axınlarına təsiri və tənzimlənməyən miqrasiyaya qarşı mübarizədə rolu mövzusunda hüquqi maarifləndirmə tədbiri keçirilib. Tədbir MDU-nun rektor vəzifəsini müvəqqəti icra edən Üzeyir Zeynalovun açılış nitqi ilə başlayıb. O, qanunun aliliyinin və suverenliyin təmin olunmasının miqrasiya proseslərinin tənzimlənməsindəki əhəmiyyətinə toxunaraq, belə tədbirlərin ölkəmizin miqrasiya siyasətinin daha da inkişafına töhfə verəcəyini vurğulayıb.
Tədbirdə Yevlax regional miqrasiya idarəsinin rəisi Vüsal Xəlilov, Yevlax regional miqrasiya idarəsinin vətəndaşların qəbulu və müraciətlərinə baxılması şöbəsinin baş inspektoru İlham İbrahimov, Yevlax regional miqrasiya idarəsinin miqrasiya rejiminə nəzarət şöbəsinin baş inspektoru Fərid Sayılov, Yevlax şəhər müvəqqəti yerləşdirmə mərkəzinin baş inspektoru Rəşad Hacıyev də çıxış edərək, miqrasiya proseslərinin tənzimlənməsi və qanunsuz miqrasiya ilə mübarizənin vacibliyini qeyd ediblər.
Tədbirdə Dövlət Miqrasiya Xidmətinin yaranması və fəaliyyəti ilə bağlı məlumat verilmiş, “Konstitusiya və suverenlik ili ilə bağlı ümumi məlumatlar tədbir iştirakçılarının nəzərinə çatdırılmış, Cənab Prezidentin rəhbərliyi ilə əldə olunmuş qanunun aliliyinin və suverenliyimizin tam bərpa olunmasının miqrasiya axınlarına təsirləri barədə məlumatlar verilmiş və ölkəmizin iqtisadi inkişafının, rahat və təhlükəsiz mühitin mövcudluğu ona olan maraqları əhəmiyyətli dərəcədə artırması miqrasiya axınlarının artmasına səbəb olduğu və qeyd olunan hal ile bağlı miqrasiya proseslərinin tənzimlənməsini ciddi nəzarətdə saxlamaq, zərurəti yaratdığı və bu istiqamətdə qarşılıqlı fəaliyyətin əhəmiyyəti diqqətə çatdırılmışdır. Həmçinin ölkəmizdə rahat və təhlükəsiz mühitin mövcudluğu hər il təhsil alan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin də sayının artmasına səbəb olduğu da qeyd olunmuşdur. Təhsil alan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri, təhsil əsasında müvəqqəti yaşamaq üçün icazənin verilməsi, uzadılması qaydaları, miqrasiya qanunvericiliyi və miqrasiya sahəsindəki yeniliklərlə bağlı tədbir iştirakçılarına ətraflı şəkildə məlumat verilmişdır. Dövlət Miqrasiya Xidmətinin rəsmi elektron saytında olan yeniliklər ilə bağlı məlumatlar və Azərbaycana səfər edən Rusiya Federasiyası vətəndaşları üçün “Müvəqqəti olma müddətini yoxla” adlı elektron kalkulyatordan istifadə edilməsini slayd vasitəsi ilə tədbir iştirakçıların diqqətinə çatdırılmışıdır. Tənzimlənməyən miqrasiyaya qarşı Dövlət Miqrasiya Xidməti tərəfindən həyata keçirilən tədbirlər haqqında da məlumat verilmiş, miqrasiya qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş inzibati məsuliyyətlər barədə məlumatlar diqqətə çatdırılıb.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.