2026-cı ilin 21 may tarixində Mingəçevir Dövlət Universitetində “Şəhərsalma və Memarlıq İli” çərcivəsində Tələbə Elmi Cəmiyyətinin XXI elmi konfransı keçirilib.
Ulu Öndə Heydər Əliyevi və ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda etmiş bütün şəhidlərin xatirəsini bir dəqiqəlik sukutla yad edib, Azərbaycan Dövlətinin dövlət himni səsləndirilmişdir.
Giriş sözü ilə açılış prosesində çıxış edən MDU-nun elm və innovasiya üzrə prorektoru Nətavan Namazova son dövrdə MDU-da tələbələrin elmi tədqiqat fəaliyyətinə daha fəal cəlb edilməsi üçün geniş imkanların yaradıldığını, tələbə və magistrantların elmi potensialının üzə çıxarılmasında və inkişaf etdirilməsində elmi tədbirlərin əhəmiyyətindən və bu istiqamətdə universitetdə görülən geniş miqyaslı işlərdən danışıb.
Təqdim olunacaq elmi tədqiqatların mövzuları barədə ətraflı məlumat verildikdən sonra tələbələrin məruzələri dinlənilib.
Universitetin İqtisadiyyat və idarəetmə fakültəsinin tələbələrindən Fəryad Seyidəhmədova “Şəhər brendinqi və şəhərsalma proseslərində marketinq strategiyalarının rolu” mövzusunda (Elmi rəhbər: b.m. Təranə Əliyeva), Fərid Mehdizadə “Azərbaycanın işğaldan azad edilmiş ərazilərində şəhərsalma və iqtisadi dirçəliş modelləri” mövzusunda (Elmi rəhbər: m. Aytən Nadirova), Anar İsmayılov “Şuşa zəngin şəhərsalma mədəniyyətinin nadir incisi kimi” mövzusunda (Elmi rəhbər: b.m. Günəş Şəfaqətov), Mühəndislik fakültəsinin tələbələrindən Fatimə Əliyeva “İqlim dəyişikliyi və müasir memarlıq: uyğunlaşma və inkişaf perspektivləri” mövzusunda (Elmi rəhbər: dos. Pərvanə Səfərova), Rəvanə Hidanova “Memarlıq və şəhərsalmanın müasir problemləri və davamlı inkişaf istiqamətləri“ mövzusunda (Elmi rəhbər: m. Məhəmməd Şöyübov), Elvin Mahmudov “Mühərrik yağ keyfiyyətinin real vaxtda qiymətləndirilməsi üçün ağıllı sistem” mövzusunda (Elmi rəhbər: dos. Səbuhi Qəhrəmanov), Pedaqoji fakültəsinin tələbələrindən Nurlana Mirabova “Birinci Türkoloji Qurultay – 100 il: ortaq elmi irs və müasir çağırışlar” mövzusunda (Elmi rəhbər: b.m. Mətanət Yusibova), Nuray Mehdizadə “Azərbaycan ədəbiyyatında yeni mərhələnin başlanğıcı: 1926-cı il I Türkoloji Qurultay” mövzusunda (Elmi rəhbər: m. Pərvin Hüseynova), Mələk Nəbizadə “Birləşmələr nəzəriyyəsinin əsas prinsipləri” mövzusunda (Elmi rəhbər: m. Rima Məmmədova) məruzələr ilə çıxış ediblər.
Sonra, müəllim və tələbə heyəti tərəfindən maraqla qarşılanan məruzələr ətrafında geniş müzakirələr aparılıb.
Elmi konfransda tələbələrin şəhərsalma və memarlıq xalqımızın tarix boyu yaratdığı ən zəngin maddi-mədəni, tarix boyu yaradılmış möhtəşəm abidələrimiz xalqımızın yaradıcılıq gücünü və milli irs ilə bağlı tədqiqatlara böyük maraq göstərməsi yüksək qiymətləndirilib.
Konfransın sonunda Mingəçevir Dövlət Universiteti Tələbə Elmi Cəmiyyətinin sədri Günəş Şəfaqətov tədris prosesi ilə elmin bir-biriylə qarşılıqlı vəhdəti nəticəsində nəzərəçarpacaq uğurların yarandığını söyləyib. MDU-da yaradılan əlverişli mühit nəticəsində tələbələrin yüksək elmi vərdişlərə yiyələndiyini qeyd edən sədr tələbələrin inkişaf etməsi ilə ətraf mühitə təsir göstərdiklərini söyləyib. O, elmin inkişafı üçün səylərin artırılmasının vacibliyini dilə gətirib: “Elm heç bir zaman qocalmır, hər zaman mübarizdir. Vurğulayıb ki, bu aləmə addım atandan sonra heç kim elmdən uzaqlaşmaq istəmir. Elm insanın daxili aləmini zənginləşdirir. MDU-da elmli tələbələri görürüksə, savadlı və işıqlı gələcəyi olan gəncliyi görürük”.