Mingəçevir Dövlət Universitetində startap, brendinq və karyera imkanları üzrə əməkdaşlıq görüşü keçirilib

  • Рубрика записиMDU xəbərləri

Mingəçevir Dövlət Universitetində (MDU) innovasiya, startap ekosistemi, brendinq və karyera imkanları mövzusunda mühüm görüş baş tutub. Görüşdə bir sıra nüfuzlu qurumların rəhbər şəxsləri iştirak ediblər.

Görüş iştirakçıları arasında Netline Technology şirkətinin direktoru Fərid Əmirov, HBN Group şirkətinin icraçı direktoru Tariyel Dövlətov, Təlim və inkişaf şöbəsinin müdiri Məleykə Bədəl, Business Class Azerbaijan şirkətinin brend meneceri Rəşad Baxışov, Techera Academynin direktoru Ramil İsmayılov və Gbaru.com platformasının təsisçisi İlkin Dövlətov yer alıblar.

Tədbir çərçivəsində təhsil mühitində innovativ düşüncə tərzinin təşviqi, tələbələrin startap layihələrinə cəlb olunması, karyera mərkəzlərinin yaradılması və brendinq sahəsində yeni yanaşmaların tətbiqi mövzularında fikir mübadiləsi aparılıb. Eyni zamanda informasiya texnologiyaları sahəsində ixtisaslaşmış akademiyaların yaradılması və bu istiqamətdə potensial əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Görüş iştirakçılar arasında gələcək birgə layihələrin həyata keçirilməsi üçün məhsuldar əməkdaşlıq zəmini yaradaraq, universitet-sənaye əməkdaşlığının gücləndirilməsi baxımından mühüm addım olub.

Mingəçevir Dövlət Universiteti olaraq təhsildə keyfiyyətin artırılması və tələbələrin peşəkar inkişafının dəstəklənməsi məqsədilə bu cür əməkdaşlıqların davamlı olaraq genişləndirilməsi nəzərdə tutulur.