22 aprel 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetində “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ekologiya Tələbə Elmi Dərnəyinin təşəbbüsü ilə “Ümumdünya Yer Günü”nə həsr olunmuş “Yer kürəsi ümumi evimizdir” mövzusunda elmi-praktik seminar keçirilib.
Tədbirin moderatoru “Ekologiya” Tələbə Elmi Dərnəyinin rəhbəri Gülmirə Məmmədova olub. Seminar iştirakçılarına öncə ətraf mühitin mühafizəsinə həsr olunmuş videoçarx təqdim edilib.
Daha sonra tələbələrin aktual ekoloji problemlərə həsr olunmuş EM24 saylı qrup tələbəsi Canpolad Məmmədzadə “Plastik çirklənməz dənizlərdə və torpaqda təsirləri”, E23 saylı qrup tələbəsi Ayşən Qədirli “Ekoloji məhsul istehsalı və yaşıl texnologiyalar”, EM23 saylı qrup tələbəsi Ləman Verdiyeva “Havanın çirkliliyi və səssiz təhlükə: həll yolları”, EM22 saylı qrup tələbəsi Ayşən Məmmədli “Kosmosun ekoloji çirklənməsi” mövzularında məruzələri dinlənilib.
Məruzələr ətrafında müzakirələr aparılıb, iştirakçılar müxtəlif təklif və fikirlərini bölüşüblər. Tədbirin sonunda seminarın əhəmiyyəti vurğulanaraq, gənclərin ekoloji maarifləndirilməsinin vacibliyi bir daha diqqətə çatdırılıb.