Mingəçevir Dövlət Universitetinin kollektivi Xocalı soyqırımının 34-cü ildönümündə Şəhidlər Xiyabanını ziyarət edib

2026-cı ilin 26 fevral tarixində Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov, professor-müəllim heyəti, tələbə və magistrantları Mingəçevir Şəhər Şəhidlər Xiyabanını ziyarət edərək Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər.

Ziyarət zamanı Xiyabanda soyqırım qurbanlarına həsr edilmiş guşənin önünə gül dəstələri düzülüb, onların xatirəsinə dualar oxunub və əziz xatirələri dərin hörmət və ehtiramla yad edilib.

Qeyd edək ki, Mingəçevir Dövlət Universitetində hər il Xocalı soyqırımının ildönümü ilə əlaqədar silsilə anım tədbirləri təşkil olunur, tələbələr arasında maarifləndirici görüşlər və müzakirələr keçirilir.