Mingəçevir Dövlət Universitetinin Pedaqoji fakültəsinin 2025/2026-cı tədris ili üzrə Elmi Şurasının növbəti iclası keçirilib

  • Рубрика записиMSU News

2026-cı il 10 fevral tarixində Mingəçevir Dövlət Universitetinin Pedaqoji fakültəsinin 2025/2026-cı tədris ili üzrə Elmi Şurasının növbəti iclası keçirilib.

İclası açan Şura sədri Aygün Qədirova gündəlikdə duran məsələlər barədə üzvlərə ətraflı məlumat verib.

Aygün Qədirova 2025/2026-cı tədris ilinin payız imtahan sessiyasının nəticələri və həmin tədris ili üzrə pedaqoji və istehsalat təcrübələrinə hazırlıq vəziyyəti haqqında məruzə ilə çıxış edib. Gülnarə Qurbanova tələbə təqaüdlərinin təyin olunması barədə məlumat təqdim edib, Rövşən Babayev isə son iki il ərzində Riyaziyyat kafedrasının fəaliyyəti haqqında hesabat verib. Məruzələr Elmi Şura üzvləri tərəfindən müzakirə olunaraq müvafiq təklif və tövsiyələrlə qəbul edilib.

Fakültə Elmi Şurasının iclasının keçirilməsi təhsilin keyfiyyətinin yüksəldilməsi və fakültədaxili idarəetmənin təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib.