17 fevral 2025-ci il tarixində Mingəçevir Dövlət Universitetinin Təhsil fakültəsində tədris təcrübəsi uğurla davam edir. Riyaziyyat kafedrasının müvafiq ixtisasları – Riyaziyyat və Riyaziyyat-İnformatika qruplarında buraxılış kurslarının tələbələri bu təcrübədə uğurla iştirak etmişdir. Təcrübənin daha səmərəli olması üçün müasir texnologiyaların və texniki resursların istifadəsi tövsiyə olunmuş , təcrübə rəhbərləri tərəfindən tələbələrə innovativ tədris metodlarından istifadə, müasir tədris alətlərinin tətbiqi və tapşırıqların daha məqsədəuyğun şəkildə optimallaşdırılması məsləhət görülmüşdür. Müasir rəqəmsal alətlərdən istifadə etməklə interaktiv dərs mühitinin yaradılması və tələbələrin yaradıcı təfəkkürünün inkişaf etdirilməsi də önəmli amillərdən biridir. Təcrübə prosesində tələbələr təkcə fənn biliklərini deyil, həmçinin pedaqoji ünsiyyət bacarıqlarını da təkmilləşdirirlər. Bu, onların gələcək müəllimlik fəaliyyətində daha hazırlıqlı və peşəkar olmasına imkan yaradır. Təcrübənin sonunda tələbələr hesabat hazırlayır və müdafiə edirlər ki, bu da onların təcrübə müddətində qazandıqları bilik və bacarıqların qiymətləndirilməsinə şərait yaradır. Beləliklə, Mingəçevir Dövlət Universitetində həyata keçirilən təcrübə proqramı tələbələrin nəzəri bilikləri praktik təcrübə ilə birləşdirməsinə, onların pedaqoji və texniki bacarıqlarını artırmasına geniş imkan yaradır.
Mingəçevir Dövlət Universitetinin Təhsil fakültəsində tədris təcrübəsi uğurla davam edir
- Запись опубликована:05.03.2025
- Рубрика записиMDU xəbərləri
Вам также может понравиться

Professor, Əməkdar elm xadimi, “Şöhrət” ordenli, Məşhur “91-lər”dən biri Şahlar Əsgərovun MDU haqqında fikirləri

Mingəçevir Dövlət Universitetində DİGİTAL MARKETİNQ təlimlərinə start verilib

Mingəçevir Dövlət Universitetində növbəti tibbi-profilaktik və dezinfeksiya işləri aparılıb

Ümummilli Liderə həsr olunan konfransın materialları dərc olunub

Mingəçevir Dövlət Universitetinin rektoru abituriyentlərlə görüş keçirib

MDU-da Elmi Şuranın növbəti iclası keçirilib

Mingəçevir Dövlət Univeristetində (MDU) Məktəbəqədər təhsil ixtisasının Özünütəhlil Komissiyasının iclası keçirilib
