Mingəçevir Dövlət Universiteti və “Mingəçevir Tekstil” MMC-nin birgə təşkil etdiyi silsilə təlimlər davam edir

  • Рубрика записиXəbərlər (AZ)

Mingəçevir Dövlət Universiteti və “Mingəçevir Tekstil” MMC-nin

birgə təşkil etdiyi silsilə təlimlər davam edir

 

Cari ilin fevral ayının 28-də “Mingəçevir Tekstil” MMC-nin Yüksək Texnologiyalar şöbəsinin müdiri Yasin Quliyev tərəfindən növbəti master klass dərsləri keçirilib.

“İnformasiya texnologiyalarına ümumi baxış və onların həyatımızda rolu”
mövzusunda aparılan Yüksək Texnologiyalar üzrə Master-klassda MDU-nun tələbələri və əməkdaşları aktiv iştirak ediblər.

Məlum olduğu kimi müasir dünyada  elmi və texnoloji inkişaf bir tərəfdən yeni təhsil ehtiyacları yaratmaqda, digər bir tərəfdən də təhsil tətbiqlərinə yeni imkanlar təqdim edir. Bu imkanların başında şübhəsiz kompüter texnikası ilk sırada durur. Kompüter texnikası artıq gündəlik həyatımızın ayrılmaz tərkib hissələrindən birinə çevrilib. Bu gün informasiya-kommunukasiya texnologiyalarının insan həyatının bütün fəaliyyət sahələrinin yüksək templə tətbiqi informasiya cəmiyyətinin qlobal xarakter almasından xəbər verir. Bu texnologiyalardan geniş istifadə insan hüquqlarının qorunmasında, iqtisadiyyat, elm, təhsil, səhiyyə və digər sahələrin inkişafında mühüm əhəmiyyət kəsb edir.

Bu mühüm əhəmiyyətə istinadən informasiya texnologiyalarından ətraflı məlumat verən təlimçi onun həyatımızdakı həm müsbət, həm də mənfi tərəflərini açıqlayıb. “Hal-hazırda internet bir bilik kitabxanasıdır. Çünki internetdə axtarıb tapa bilməyəcəyimiz bir şey yoxdur. Bu baxımdan da kompüter və internet çox təsirli, asan və ucuz bir təlim vasitəsidir” kimi qeyd edən təlimçi İT-nin sirli məqamlarına toxunub.

Sonda iştirakçılar məmnun qaldıqlarını ifadə edərək təlimçiyə dəvətlərini qəbul etdiyi üçün təşəkkür ediblər. Həmçinin, bu kimi təlimlərin davamını arzulayıblar.

İnanırıq ki, yüksək peşəkarın mövzu ətrafında interaktiv təlimi, iştirakçıların informasiya texnologiyaları üzrə biliklərini möhkəmləndirərək, bu sahənin müxtəlif istiqamətləri üzrə ixtisaslaşması üçün ən zəruri bilik və tətbiqi təcrübəyə yiyələnmələrinə dəstək olacaqdır.

{phocagallery view=category|categoryid=334|limitstart=0|limitcount=0}