Mingəçevir Dövlət Universitetinə “İş Qatarı” proqramı təqdim olunub

  • Рубрика записиXəbərlər (AZ)

Mingəçevir Dövlət Universitetinə “İş Qatarı” proqramı təqdim olunub

 

Mingəçevir Dövlət Universitetində “İş Qatarı” proqramının təqdimat mərasimi keçirilib. Mingəçevir Dövlət Universiteti “Karyera Mərkəzinin” müdiri Üzeyir Zeynalov qonaqlara rektor Şahin Bayramovun salamlarını çatdırıb və tədbirin uğurlu keçməsini arzulayıb. Qeyd edib ki, Proqram universitetin III və IV kurs tələbələrini əhatə edir. Proqramın təqdimatını təlimçilər Həmid Hüseynov və Zərif Bəkirova həyata keçirəcəklər.

Sonra Proqram haqqında ətraflı məlumat verən Həmid Hüseynov qeyd edib ki, “İş Qatarı” proqramı Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) tapşırığı ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti GİZ tərəfindən həyata keçirilən “Qafqazda aztəminatlı məcburi köçkünlərin və yerli əhalinin iqtisadi və sosial inkişafı” (EPIC) layihəsi çərçivəsində Bərdə və Mingəçevir şəhərlərində məskunlaşmış aztəminatlı məcburi köçkün və yerli əhali üçün həyata keçirilir. Həmid Hüseynov bildirib ki, Mingəçevir sakinləri ərizə blanklarını Gənclər evindən əldə edə bilərlər. Blankı doldurduqdan sonra yenidən Gənclər evinə təhvil verilməsi məqsədəuyğundur. Blankın son qəbul tarixi 28 oktyabr 2019-cu il tarixə qədərdir.

Sonra proqram haqqında videoçarx nümayiş olunub.

Daha sonra təlimçi Zərif Bəkirova isə qeyd edib ki, “İş Qatarı” karyera qurmaq istəyən 35 yaşadək Bərdə və Mingəçevir sakinlərinə təcrübəli təlimçılər tərəfindən 5 ay həftədə 3 gün, hərəsi 3 saat olmaqla tam ödənişsiz təlimlər keçiriləcəkdir. Proqramın sonunda iştirakçılar istədikləri sahələrdə iş tapmaları üçün lazım olan bilik və bacarıqlara yiyələnəcək, iş tapmaq imkanlarını dəfələrlə artıracaqlar. Zərif Bəkirova bildirib ki, Proqram iştirakçıları:

  İş axtarmağı yolları;

  CV hazırlanması;

  Kompüter Proqramları Bilikləri;

  İş müsahibələrinə hazırlıq;

  Peşəkar davranış;

və bir çox digər bilik və bacarıqlara yiyələnəcək, müxtəlif şirkətlərə ekskursiyalar, təcrübə proqramları düşərgələr, uğurlu insanlarla görüşlər kimi tədbirlərə cəlb olunacaq, müxtəlif texniki peşə istiqamətlərindəpraktik bacarıqlara yiyələnəcəklər.    

Sonda tələbələrə ərizə blankları və broşuralar təqdim olunub.

        Tədbirin təşkilində Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü Proqramının MDU tələbələrindən ibarət komandası fəal iştirak edib.

{phocagallery view=category|categoryid=208|limitstart=0|limitcount=0}