Mingəçevir Dövlət Universitetində Elmi seminar keçirilib

  • Рубрика записиXəbərlər (AZ)

Mingəçevir Dövlət Universitetində Elmi seminar keçirilib

 

Mingəçevir Dövlət Universitetində İqtisadiyyat və idarəetmə fakültəsinin təşkilatçılığı ilə “Regionların inkişafı – həyata keçirilən sosail-iqtisadi inkişaf strategiyasının tərkib hissəsi kimi” mövzusunda Elmi seminar keçirilib. Seminarda Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov, professor-müəllim, inzibati-texniki heyət və tələbələrlə yanaşı Mingəçevir Bələdiyyəsinin sədri Coşqun Abdullayev, Mingəçevir Sənaye Parkının Baş mühəndisi, tex.f.d., dosent Mustafa Məmmədov, Azəraqrotikinti Mingəçevir dəmir-beton filialının direktoru Rafiq Paşayev, Mingəçevir regional “ASAN xidmət” Mərkəzinin direktor müavini Elşən Əliyev, Dövlət Sığorta Şirkətinin Mingəçevir filialının müdiri Nazim Səfərov iştirak ediblər.

Elmi seminarda giriş sözü ilə çıxış edən Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət siyasətində regionalrın inkişafı məsələsinin əsas prioritetlərdən biri olduğunu bildirib və regionların inkişafı üzrə reallaşdırılan müvafiq dövlət proqramları sayəsində regionların simasının əhəmiyyətli dəyişdiyini diqqətə çatdırıb. O, regionlarda sosial-iqtisadi inkişafı və əhalinin rifah halını xarakterizə edən cari göstəriciləri 2003-cü illə müqayisə etməklə iqtisadi artım və yeni iş yerlərinin yaradılması sahəsində əldə olunan uğurlardan bəhs edib.

Sonra “Sənayenin təşkili və idarəetmə“ kafedrasının müdiri, i.f.d., dosent Emiliya Hüseynova “Azərbaycan Respublikasında regionların sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilən dövlət siyasətinin əsas nəticələri”, Mingəçevir Sənaye Parkının baş mühəndisi, tex.f.d., dosent Mustafa Məmmədov “Regionların sosial-iqtisadi inkişafında texnoparkların rolu”, “İqtisadiyyat” kafedrasının dosenti, i.f.d. Cəlal Qasımov, “Sənayenin təşkili və idarəetmə“ kafedrasının baş müəllimi Zaur Rəsulov “Regionlarda fəaliyyət göstərən gənclərin karyera inkişafının və peşə seçiminin dəstəklənməsi”, “İqtisadiyyat” kafedrasının baş müəllimi Günəş Şəfaqətov “Azərbaycanda regional inkişafın strateji hədəfləri və prioritetləri” mövzularında məruzələrlə çıxış ediblər.

Məruzələr ətrafında aparılan müzakirələrdə Azərbaycanda regional inkişafın təmin edilməsinin nəzəri-konseptual əsasları, bu sahədə həyata keçirilən dövlət siyasətinin praktiki xüsusiyyətləri, lokal biznes strukturlarının formalaşması, fərdi sahibkarlığın inkişafı, gənclərin bu proseslərdə aktiv iştirakı və digər məsələlər barədə fikirlər səsləndirilib.

Tədbirin sonunda Ş.Bayramov gələcəkdə bu tipli elmi müzakirələrin daha səmərəli təşkilinə dair təklif və tövsiyyələrini bildirib.

{phocagallery view=category|categoryid=207|limitstart=0|limitcount=0}