Mingəçevir Dövlət Universitetində əlamətdar günlər sisilə tədbirlərlə yadda qalıb

  • Рубрика записиXəbərlər (AZ)

Mingəçevir Dövlət Universitetində əlamətdar günlər sisilə tədbirlərlə yadda qalıb

Mingəçevir Dövlət Universitetində 17 Noyabr – Beynəlxalq Tələbə günü və Milli Dirçəliş günü münasibəti ilə silsilə tədbirlər keçirilib. Tədbirlərin yekunu olaraq universitetin akt zalında tələbələrin özləri tərəfindən hazırlanan ssenari üzrə bayram konserti keçirilmişdir.

Əvvəlcə tədbirin aparıcıları Şəmsiyyə Şəmsəddinova və Nicat Fərəcov professor-müəllim və tələbələri əlamətdar günlər münasibətilə təbrik ediblər.

Səhnəyə isə ilk olaraq Mingəçevir şəhər Uşaq Yaradıcılıq Mərkəzinin Mələk Tağıyevanın rəhbərlik etdiyi rəqs qrupu Azərbaycanın Dövlət Bayrağının səhnəyə gətirilməsilə Üzeyir Hacıbəyovun Koroğlu Uverturası və Azərbaycan mahnılarının sədaları altında nümunəvi çıxışla rəqs ediblər.

Sonra Mingəçevir Dövlət Universitetinin tərbiyə işləri üzrə prorektoru, dosent Rövşən Əliyevə söz verilib. Çıxışında Mingəçevir Dövlət Universitetinin rektoru Akif Hacıyevin salam və təbriklərini tədbir iştirakçılarına çatdırıb. Təhsildə və tələbə həyatında yüksək və nümunəvi nəticələr göstərən 14 nəfər tələbəyə universitet rəhbərliyinin imzaladığı Fəxri Fərmanları təqdim edib.

Musiqi proqramı MT17.1 saylı qrupun tələbəsi Məlahət Bayramovanın ifasında “Qurban olum Azərbaycan” mahnısı ilə davam edib.

Sonra 2018-2019-cu tədris ilində yüksək balla universitetə qəbul olunan tələbələr Xədicə Abdullayeva, Mətanət Quluzadə və Rüfət İlyasov çıxış edib, ölkədə və universitetdə təhsilə göstərilən diqqət və qayğıdan bəhs ediblər.

MU18 saylı qrupun tələbəsi Nurəli İlyasov Mirzə Ələkbir Sabirin “Uşaq və buz” şerinin sətrlərini müəyyən qədər dəyişərək tələbələrə xas olan monoloq şəkildə ifa etmişdir.

Ardınca kiçik bir səhnəcik ifa edilmiş, Bakı şəhərinə təhsil alamq üçün gedən tələbənin sərgüzəştləri səhnələşdirilmişdir.

Proqramdakı növbəti sıralanma isə avar rəqsi olub. Tələbə oğlan və qızların ifasında tədbir iştirakçılarına gözəl bir avar rəqsi təqdim edilmişdir.

Torpaqlarımızın işğalı zamanı Şəhid olan bacı və qardaşlarımızın ruhu bir dəqiqəlik sükutla yad edilmiş, sonra isə DB16 saylı qrupun tələbəsi Ağakərim Əhmədovun Şəhidlərə həsr etdiyi şeri kompazisiya şəklində tələbələr Fidan Salmanova və Mübarək Aydəmirovla birgə ifa etmişlər.

İS17.1 saylı qrupun tələbəsi Nuranə İbrahimovanın ifasında lirik bir mahnını Bİ17 saylı qrupun tələbəsi Kərəmli Röyal gitara ilə müşayət edirdi.

Tədbirin aparıcıları Şəmsiyyə Şəmsəddinova və Nicat Fərəcov universitetin beynəlxalq əlaqələr sektorunun xəttilə 2019-cu ilin fevralında Erasmus+ proqramı ilə İspaniyada təhsil alacaq Rasta Paşayeva, Rafael Hacızadə və Səidə Mahmudovaya uğurlar arzu etdilər.

Ardınca tələbələrin Mingəçevir Dövlət Universiteti haqqında hazırladıqları videoçarx tədbir iştirakçılarına təqdim olundu.

MT17.1 saylı qrupun tələbəsi Məlahət Bayramovanın ifasında “Yandırdın qəlbimi aman”   mahnısı tədbiri yenidən coşdurdu.

Növbəti musiqi proqramı isə tələbələrdən möhtəşəm flaşmobla yadda qaldı. Bir-birinin ardınca qısa musiqi sədaları və rəngarəng rəqs birləşmələri tamaşaçılarda ruh yüksəkliyi yaratdı.

Sonda aparıcıları Şəmsiyyə Şəmsəddinova və Nicat Fərəcov tədbirin təşkilində əməyi olan hər bir kəsə minnətdarlıq etdilər. Tədbirin yaradıcı heyəti Azərbaycan və dünya xalqlarının mahnılarıyla rəqs nümunələri ilə çıxış etdilər.

{phocagallery view=category|categoryid=76|limitstart=0|limitcount=0}