Mingəçevir Dövlət Universitetində məktəb şagirdləri ilə görüş keçirilib

  • Рубрика записиXəbərlər (AZ)

Mingəçevir Dövlət Universitetində məktəb şagirdləri ilə görüş keçirilib

 

2021-ci ilin 24 dekabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Mingəçevir şəhər 7 saylı tam orta məktəbin peşə təmayüllü sinfinin şagirdləri üçün universitetin tanıtımı ilə bağlı görüş keçirilib. Görüşdə sözügedən məktəbin direktoru Anar İsmayılov və peşə təmayüllü sinfin rəhbəri Taleh Həsənli də iştirak ediblər.

Görüşdə təqdimatla çıxış edən universitetin İqtisadiyyat və idarəetmə fakültəsinin dekan müavini Cəlil Bağırov MDU-nun yaranması, fəaliyyəti, ali təhsil proqramları və çoxşaxəli tələbə həyatı barədə ətraflı məlumat verib, peşə və ixtisasların düzgün seçilməsi meyarlarından və universitetin tələbələrin hərtərəfli inkişafı üçün təqdim etdiyi imkanlardan bəhs edib, şagirdlər praktiki tapşırıqlar yerinə yetiriblər.

Təqdimat iştirakçılar tərəfindən maraqla qarşılanıb və onların çoxsaylı sualları cavablandırılıb.

Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da tələbə olmağa namizəd abituriyentlərin maarifləndirilməsi, düzgün ixtisas seçimi və gələcək karyera inkişafı ilə bağlı onlara müvafiq məsləhətlərin verilməsinə xüsusi önəm verilir.

{phocagallery view=category|categoryid=827|limitstart=0|limitcount=0}