Mingəçevir Dövlət Universitetində məşğulluqla bağlı məlumatlandırma görüşü keçirilib

  • Рубрика записиXəbərlər (AZ)

Mingəçevir Dövlət Universitetində məşğulluqla bağlı məlumatlandırma görüşü keçirilib

 

2022-ci ilin 31 yanvar tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Dövlət Məşğulluq Agentliyinin (DMA) 20 saylı Ərazi Məşğulluq filialının rəhbər heyəti üzvləri ilə məlumatlandırma görüşü keçirilib. MDU-nun Karyera və İnkişaf Mərkəzinin (KİM) təşkilatçılığı ilə keçirilən görüşdə universitetin əməkdaşları, tələbə və magistrantları iştirak ediblər.

Görüşdə çıxış edən filialın müdiri Babək Tağıyev, şöbə müdirləri Murad Muradov və Pərviz Hüseynov DMA-nın fəaliyyət istiqamətləri, həyata keçirilən məşğulluq tədbirləri, vətəndaşlara göstərilən xidmətlər, yaxın gələcəkdə reallaşdırılması nəzərdə tutulan işlər və digər məsələlər barədə ətraflı məlumat veriblər.

Sonra, görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, təhsilalanların karyera inkişafını diqqət mərkəzində saxlayan MDU-da bu istiqamətdə müvafiq məlumatlandırma və maarifləndirici xarakterli görüşlərin keçirilməsinə xüsusi önəm verilir. Bu baxımdan MDU-da yeni yaradılan Karyera və İnkişaf Mərkəzinin fəaliyyəti mühüm əhəmiyyət kəsb edir.

{phocagallery view=category|categoryid=855|limitstart=0|limitcount=0}