Mingəçevir Dövlət Universitetində növbəti “Açıq qapı” günü keçiriləcək

  • Рубрика записиXəbərlər (AZ)

Mingəçevir Dövlət Universitetində növbəti “Açıq qapı” günü keçiriləcək

 

2019/2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası çərçivəsində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramovun iştirakı ilə növbəti “Açıq qapı” günü keçiriləcəkdir.

“Açıq qapı” gününün əsas məqsədi ilk dəfə keçirilən online imtahan sessiyası ərzində yarana biləcək sualların operativ cavablandırılmasından ibarətdir. Virtual görüşdə MDU tələbələri və onların valideynlərinin iştirakı nəzərdə tutulur.

2020-ci ilin 11 iyun tarixində saat 15:00-da “Microsoft Teams” platforması üzərindən online formatda keçiriləcək növbəti “Açıq qapı” günündə iştirak etmək istəyənlər info@mdu.edu.az elektron poçt ünvanına müraciət edə bilərlər.

Qeyd edək ki, “Açıq qapı” günlərinin cari ilin 16 iyul tarixinədək hər həftənin cümə axşamı təşkil olunması nəzərdə tutulub. İlk “Açıq qapı” günü 4 iyun tarixində keçirilib.