Mingəçevir Dövlət Universitetində növbəti “Açıq qapı” günü keçirilib

  • Рубрика записиXəbərlər (AZ)

Mingəçevir Dövlət Universitetində növbəti “Açıq qapı” günü keçirilib

 

2020-ci il 18 iyun tarixində Mingəçevir Dövlət Universitetində (MDU) 2019/2020-ci tədris ilinin yaz imtahan sessiyası çərçivəsində tələbələrin və magistrantların iştirakı ilə növbəti “Açıq qapı” günü keçirilib. “Açıq qapı” günü MDU-nun rektoru Şahin Bayramovun iştirakı ilə “Microsoft Teams” platforması üzərindən online formatda təşkil olunub.

MDU-nun ilk online imtahan sessiyasının gedişatı barədə məlumat verən Ş.Bayramov ilk səkkiz gün ərzində tələbələrin imtahanlarda aktiv iştirak etdiyini və faktiki olaraq bütün tələbələrin yalnız müvəffəq qiymət aldıqlarını diqqətə çatdırıb. Rektor MDU-nun magistratura səviyyəsinə növbəti qəbulun təşkili və abituriyentlər arasında universitetinin təbliği istiqamətində görülən işlər haqqında məlumat verib.

Görüşdə çıxış edən tələbələr məsafədən təşkil olunan imtahanlardan, qiymətləndirmədə tətbiq olunan güzəştlərdən və “İmtahan könüllüsü” layihəsində iştirak üçün yaradılmış imkanlardan məmnunluqlarını bildiriblər. 2019/2020-ci tədris ilinin yaz semestrində “Erasmus+” proqramı çərçivəsində İspaniyanın Valladolid Universitetində təhsil alan MDU tələbəsi Aidə Qurbanova da virtual görüşə qoşulub və fikirlərini bölüşüb.

Ş.Bayramov görüş iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.

Qeyd edək ki, “Açıq qapı” günlərinin cari ilin 16 iyul tarixinədək hər həftənin cümə axşamı təşkil olunması nəzərdə tutulub. Bundan əvvəl, “Açıq qapı” günləri 4 iyun və 11 iyun tarixlərində keçirilib.

{phocagallery view=category|categoryid=389|limitstart=0|limitcount=0}