Mingəçevir Dövlət Universitetinin bir qrup fəal gənci şəhidlər bulağının açılışında iştirak ediblər

  • Рубрика записиXəbərlər (AZ)

Mingəçevir Dövlət Universitetinin bir qrup fəal gənci şəhidlər bulağının açılışında iştirak ediblər

 

 

2021-ci ilin 5 aprel tarixində Mingəçevir Dövlət Universiteti (MDU) Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən Hərbi Vətənpərvərlik Klubunun fəal üzvləri Vətən müharibəsində şəhid olmuş Tural Həsənov və Musa Həsənov qardaşlarının xatirəsinə inşa edilmiş bulağın açılışında iştirak ediblər.

Şəhər ictimaiyyətinin iştirak etdiyi açılış mərasimində MDU-nun tələbə gəncləri şəhid qardaşların xatirəsinə tikilmiş bulağa gül dəstələri düzüb və hərbi-vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.

Daha sonra tələbələr qazilərlə görüşüb və Şəhidlər Xiyabanını ziyarət ediblər. 2016-cı ilin Aprel döyüşlərində şəhid olmuş Adil Adilzadə, Teymur Qasımov, Rüstəm Əhmədov və Rahim Tağıyevin məzarları üstünə gül dəstələri qoyulub və əziz xatirələri yüksək ehtiramla yad edilib.

Qeyd edək ki, gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsinə xüsusi əhəmiyyət verən MDU-da qəhrəman şəhidlərimizin adlarının əbədiləşdirilməsi, onların göstərdikləri şücaətlərin gənc nəsil arasında təbliğ edilməsi, şəhid ailələrinin ziyarət edilməsi və müharibə iştirakçıları ilə görüşlərin keçirilməsi diqqət mərkəzində saxlanılır.

{phocagallery view=category|categoryid=565|limitstart=0|limitcount=0}