Mingəçevir Dövlət Universitetinin “Peşəkarla görüş” layihəsi çərçivəsində növbəti tədbir keçiriləcək

  • Рубрика записиXəbərlər (AZ)

Mingəçevir Dövlət Universitetinin “Peşəkarla görüş” layihəsi çərçivəsində növbəti tədbir keçiriləcək

 

 

Mingəçevir Dövlət Universitetinin (MDU) təşkilatçılığı ilə reallaşdırılan “Peşəkarla görüş” layihəsinin növbəti tədbiri keçiriləcək. Görüşün qonağı Milli Məclisin deputatı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) yaradıcısı Vüqar Bayramov olacaq.

“Zəfərdən quruculuğa: Qarabağın iqtisadi potensialı və prespektivlər” mövzusunda baş tutacaq görüş “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil ediləcək.

Aprelin 12-də saat 12:00-da keçiriləcək görüşdə iştirak etmək istəyənlər metbuat@mdu.edu.az elektron poçt ünvanına müraciət göndərə bilərlər.

Qeyd edək ki, “Peşəkarla görüş” layihəsinin əsas məqsədi MDU kollektivinin müxtəlif aktual mövzular barədə peşəkarların bilik və bacarıqlarından faydalanması üçün imkanların yaradılmasından ibarətdir. Davamlı olaraq keçirilən görüşlərdə MDU-nun tələbələri, magistrantları, məzunları və gənc əməkdaşları iştirak edirlər. Layihə çərçivəsində indiyədək BP şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Mili Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev, Azərbaycan Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Vətən Müharibəsi Qəhrəmanı mayor Elnur Şirinov və millət vəkili Ceyhun Məmmədov ilə görüşlər təşkil olunub.