Mingəçevir Dövlət Universitetinin əməkdaşları Novruz bayramı münasibətilə şəhid ailələrini ziyarət ediblər

  • Рубрика записиXəbərlər (AZ)

Mingəçevir Dövlət Universitetinin əməkdaşları Novruz bayramı münasibətilə şəhid ailələrini ziyarət ediblər

 

2021-ci ilin 20 mart tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup əməkdaşı Novruz bayramı münasibətilə Vətən müharibəsində şəhid olmuş MDU-nun məzunları Əzəmi Hüseynov, Kənan Abdullayev və Oruc Nəcəflinin, atası şəhid olmuş tələbə Yunis Əhmədlinin, 2016-cı ilin Aprel döyüşlərində şəhid olmuş Adil Adilzadə, Teymur Qasımov, Rüstəm Əhmədov və Rahim Tağıyevin ailələrini ziyarət ediblər.

Ailə üzvləri ilə görüşlərdə Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı qələbənin qazanılmasında qəhrəman şəhidlərimizin mühüm pay sahibi olduğu vurğulanıb, məhz onların sayəsində bu gün qədim bayramımız olan Novruzun ölkəmizin bütün guşələrində qeyd edildiyi bildirilib.

Qəhrəman şəhidlərimizlə qürur duyduqlarını bildirən MDU əməkdaşları layiqli və vətənpərvər oğullar böyüdən valideynlərə dərin ehtiramlarını bildirib, onları Novruz bayramı münasibətilə təbrik ediblər.

Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, MDU rəhbərliyi şəhid ailələrini və müharibə iştirakçılarını daim diqqət mərkəzində saxlayır.

{phocagallery view=category|categoryid=556|limitstart=0|limitcount=0}