Mingəçevir Dövlət Universitetinin Pedaqoji fakültəsində Tələbə Elmi Cəmiyyətinin konfransı keçirilib

  • Рубрика записиXəbərlər (AZ)

Mingəçevir Dövlət Universitetinin Pedaqoji fakültəsində Tələbə Elmi Cəmiyyətinin konfransı keçirilib

 

2020-ci ilin 5 dekabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Pedaqoji fakültəsində Tələbə Elmi Cəmiyyətinin (TEC) elmi-praktiki konfransı keçirilib.

“Microsoft Teams” platforması üzərindən online formatda keçirilən konfransı açan fakültənin dekanı Nizami Zeynalov, ilk növbədə, konfrans iştirakçılarına MDU-nun rektoru Şahin Bayramovun salamlarını, müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və qüdrətli Azərbaycan Ordusunun rəşadəti sayəsində əldə olunan şanlı qələbə münasibətilə təbrikini çatdırıb.

Təqdim olunacaq elmi tədqiqatların mövzuları barədə ətraflı məlumat verildikdən sonra tələbələrin məruzələri dinlənilib.

Universitetin Pedaqoji fakültəsinin tələbələrindən Xədicə Abdullayeva “Müzəffər Azərbaycan ordusu və hərb tarixindən gələn səslər” mövzusunda (Elmi rəhbər: b.m. İlham Məmmədov), Aygül Qurbanova “Vətənə məhəbbət yüksək əxlaqi keyfiyyətdir” mövzusunda (Elmi rəhbər: müəl. Aygün İsmayılova), Xumar Məmmədova “Kiçik yaşlı uşaqların tərbiyəsində vətənpərvərlik nümunələrinin rolu” mövzusunda (Elmi rəhbər: müəl. Ülviyyə Verdiyeva), Alsu Məmmədova “Törəmənin Cəbri xarakterli bəzi məsələlərin həllinə tətbiqi” mövzusunda (Elmi rəhbər: dos. Müsəllim Hümbətov), Cəmilə Balakişiyeva “İngilis dilində tələbələrin yazı bacarıqlarının təkmilləşdirilməsinin üsul və metodları” mövzusunda (Elmi rəhbər: f.f.d. Şükufə Qocayeva), Günel Məmmədova “Füzuli ədəbi məktəbi, (XIX yüzillikdə Heyran xanım, Ə. Qaracadağ, Nəbati və A. Bakıxanov yaradıcılığı əsasında)” mövzusunda (Elmi rəhbər: müəl. Ayna Babazadə), Elnaz Hüseynova “Riyaziyyat dərslərində şagirdlərin müstəqil işlərinin yeri” mövzusunda (Elmi rəhbər: b.m. Sabir Babuşov) çıxış ediblər.

Konfransda müəllim və tələbə heyəti tərəfindən maraqla qarşlanan məruzələr ətrafında geniş müzakirələr aparılıb.

Konfransda tələbə və magistrantların elmi potensialının üzə çıxarılmasında və inkişaf etdirilməsində mühüm rol oynayan elmi tədbirlərin əhəmiyyəti yüksək qiymətləndirilib və son dövrdə MDU-da tələbələrin elmi tədqiqat fəaliyyətinə daha fəal cəlb edilməsi üçün yeni imkanların yaradılması xüsusi qeyd olunub.

{phocagallery view=category|categoryid=467|limitstart=0|limitcount=0}