Mingəçevir Dövlət Universitetinin təmsil olunduğu üçtərəfli təhsil-sənaye işbirliyi formatı fəaliyyətini uğurla davam etdirir

  • Рубрика записиXəbərlər (AZ)

Mingəçevir Dövlət Universitetinin təmsil olunduğu üçtərəfli təhsil-sənaye işbirliyi formatı fəaliyyətini uğurla davam etdirir

 

2021-ci ilin 25 iyun tarixində Mingəçevir Dövlət Universiteti (MDU), Mingəçevir Peşə Məktəbi və “Azmade Group” MMC şirkəti arasında üçtərəfli əməkdaşlıq formatı çərçivəsində işçi qaydada ilk görüş keçirilib.

“Zoom” platforması üzərindən onlayn formatda təşkil edilən görüşdə tərəfdaş qurumların strateji hədəfləri və fəaliyyət istiqamətləri, əsas ehtiyacları və əməkdaşlıqdan başlıca gözləntiləri, hazırda daha çox tələb olunan ixtisaslar və peşələr, dinamik dəyişən əmək bazarının tələblərinə uyğun kadr hazırlığı, fasiləsiz təhsil, mütəxəssis kadrların ixtisasartırılması, biliklərinin yenilənməsi və qarşılıqlı maraq kəsb edən digər məsələlər üzrə geniş fikir mübadiləsi aparılıb, üçtərəfli formatda birgə fəaliyyətə dair müvafiq təkliflər səsləndirilib.

Qeyd edək ki, MDU, Mingəçevir Peşə Məktəbi və “Azmade Group” MMC şirkəti arasında üçtərəfli əməkdaşlığın əsası cari ilin 10 iyun tarixində tərəflər arasında əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması ilə qoyulub. Regional ekosistemin mühüm aktorlarına çevrilməyi hədəfləyən MDU-da təhsil-sənaye əməkdaşlığının inkişaf etdirilməsinə xüsusi əhəmiyyət verilir, kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi, tədrisin məzmununun təkmilləşdirilməsi və nəticəyönümlü tədqiqatların səmərəliliyinin artırılması üçün müxtəlif formatlı əməkdaşlıqların yaradılması diqqət mərkəzində saxlanılır.

{phocagallery view=category|categoryid=644|limitstart=0|limitcount=0}