Mingəçevir Şəhidlər Xiyabanında Xocalı faciəsinin anım tədbiri keçirilib Mingəçevir Dövlət Universitetinin kollektivi tədbirdə fəal iştirak edib

  • Рубрика записиXəbərlər (AZ)

Mingəçevir Şəhidlər Xiyabanında Xocalı faciəsinin anım tədbiri keçirilib

Mingəçevir Dövlət Universitetinin kollektivi tədbirdə fəal iştirak edib

 

Azərbaycan xalqının qan yaddaşında Soyqırım hadisəsi kimi yer alan Xocalı faciəsindən 28 il keçir. 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə, qarlı-şaxtalı qış günlərində minlərlə əhalinin yaşadığı Azərbaycanın Xocalı diyarında erməni hərbi birləşmələrinin silahlı rus alayının əsgər və zabitləri ilə birgə həyata keçirdiyi qətliam zamanı yüzlərlə insan, uşaq, qadın, yaşlılar amansızlıqla öldürülüb. Yüzlərlə insan əsir və itkin düşüb. Xocalı faciəsi hər zaman  xalqımız tərəfindən xatırlanır. Hadisənin ildönümü  günlərində ölkəmizin hər yerində, xarici dövlətlərdə anım və xatirə tədbirləri, təhsil və tərbiyə ocaqlarında müsabiqələr, rəsm sərgiləri, idman yarışları keçirilir. İdarə və təşkilatlarda, mədəniyyət müəssisələrində diskussiyalar, konfranslar, kompozisiyalar təşkil edilir. 

Mingəçevir şəhərində də izdihamlı anım tədbiri keçirilib. Şəhər rəhbərliyi ictimayyət nümayəndələri, hüquq mühafizə orqanlarının rəhbərləri,  prokurorluğun əməkdaşları, polis şöbəsinin, təhsil və mədəniyyət  şöbələrinin,  səhiyyə ocaqlarının, idarə və təşkilatların kollektivləri, KİV təmsilçiləri tədbirdə iştirak edib.

        Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov, onu müşayət edən universitetin prorektorları, fakültə dekanları, kafedra müdirləri, professor, müəllim və tələbələr Mingəçevirdə ucaldılmış “Azərbaycanlıların soyqırımı və deportasiyası tarixi” abidəsini ziyarət edib, abidə önünə gül dəstələri qoyaraq torpaqlarımızın müdafiəsi, suverenliyi yolunda  həlak olan şəhidlərimizə ehtiramlarını bildiriblər.

{phocagallery view=category|categoryid=330|limitstart=0|limitcount=0}