Mingəçevir Dövlət Universitetində valideynlər imtahan sessiyasını müşahidə ediblər

  • Рубрика записиMDU xəbərləri

2025-ci il 5 iyun tarixində Mingəçevir Dövlət Universitetində (MDU) bir qrup valideyn 2024/2025-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasını müşahidə ediblər.

Universitetin rəhbərliyi valideynlərə Mərkəzləşdirilmiş İmtahan Sistemi, onun keçirilmə mexanizmi və əhəmiyyəti ilə bağlı geniş məlumat verib. Bildirilib ki, bu sistem tələbələrin bilik və bacarıqlarının daha obyektiv qiymətləndirilməsinə imkan yaradır.

Valideynlər imtahan prosesini yaxından izləyərək, onun şəffaf və ədalətli keçirildiyini qeyd ediblər. Eyni zamanda tələbələrə uğurlar arzulayıb, universitetin fəaliyyətini müsbət dəyərləndiriblər.

Qeyd edək ki, MDU-da imtahan sessiyası 2 iyun tarixində başlayıb və 4 iyuladək davam edəcək.