Вы сейчас просматриваете Novruz bayramı münasibətilə şəhid ailələri ziyarət edilib

Novruz bayramı münasibətilə şəhid ailələri ziyarət edilib

  • Рубрика записиMDU xəbərləri

2024-cü ilin martın 18-də Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup əməkdaşı Novruz bayramı münasibətilə bu ali təhsil müəssisəsinin 44 günlük Vətən müharibəsində şəhid olmuş məzunları Kənan Abdullayev, Oruc Nəcəfli və Əzəmi Hüseynov, hazırda övladları MDU-da təhsil alan Yasən Əhmədov və Niyazi İsgəndərov və mingəçevirli Aprel döyüşləri şəhidləri Adil Adilzadə, Teymur Qasımov, Rüstəm Əhmədov və Rahim Tağıyevin ailələrini ziyarət ediblər.

Ailə üzvləri ilə görüşlərdə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad edilib və onların ailələrinə bayram sovqatları təqdim olunub.

Şəhid ailələri onlara göstərilən yüksək diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.