Вы сейчас просматриваете Mingəçevir Dövlət Universiteti “Orhun Mübadilə Proqramı”na qəbul elan edir

Mingəçevir Dövlət Universiteti “Orhun Mübadilə Proqramı”na qəbul elan edir

Mingəçevir Dövlət Universiteti ilk dəfə olaraq 2025–2026-cı tədris ilinin yaz semestri üçün “Orhun Mübadilə Proqramı” çərçivəsində tələbə və müəllim mübadiləsi üzrə qəbul elan edir (əlavə plan yeri).

Elan və müraciət tarixləri

Ali təhsil müəssisələrində mübadilə elanlarının yayımlanması və müraciətlərin qəbul edilməsi: 10 oktyabr 2025 – 31 oktyabr 2025

Müraciətlərin qiymətləndirilməsi və nəticələrin bildirilməsi

Tələbə müraciətləri dəyərləndirildikdən sonra nəticələrin Koordinator Universitetə göndərilməsi və universitetlər üzrə bölgünün aparılması: 03 noyabr 2025 – 14 noyabr 2025

Yekun nəticələrin açıqlanması

Nəticələrin Koordinator Universitetə təqdim olunması və ümumi nəticələrin elan edilməsi: 21 noyabr 2025

Plan yerləri

Təqdim olunan yerlərin siyahısı ilə tanış olmaq üçün klik edin

 

Müraciət üçün tələb olunan sənədlər

Tələbə mübadiləsi üçün:

  1. Tələbə məlumat formu
  2. Transkript (qiymət cədvəli) – dekanlıqdan əldə ediləcək

Müəllim mübadiləsi üçün:

  1. Müəllim məlumat formu
  2. Müəllim hərəkətlilik proqramı formu
  • Forum sənədlərini yükləmək üçün yazıya klik edin.

Müraciət zamanı diqqət edilməli şərtlər (tələbələr üçün)

  • Müraciət zamanı yalnız bir universitetbir semestr (yaz semestri) seçilə bilər.
  • Bütün sənədlər kompüterdə doldurulmalıdır (əl ilə doldurulan sənədlər qəbul edilmir).
  • Tələbələrin ÜOMG (Ümumi Orta Müvəffəqiyyət Göstəricisi) 100 ballıq sistem üzrə ən azı 75 olmalıdır.

Контакт

“Orhun Mübadilə Proqramı”nda iştirak etmək istəyən müəllimlər və tələbələr yuxarıda qeyd olunan sənədləri dolduraraq iro@mdu.edu.az elektron poçt ünvanına göndərməlidirlər.

Dəstək üçün: 055 722 90 52 – Pərviz Məmmədrzayev