Mingəçevir Dövlət Universiteti ilk dəfə olaraq 2025–2026-cı tədris ilinin yaz semestri üçün “Orhun Mübadilə Proqramı” çərçivəsində tələbə və müəllim mübadiləsi üzrə qəbul elan edir (əlavə plan yeri).
Elan və müraciət tarixləri
Ali təhsil müəssisələrində mübadilə elanlarının yayımlanması və müraciətlərin qəbul edilməsi: 10 oktyabr 2025 – 31 oktyabr 2025
Müraciətlərin qiymətləndirilməsi və nəticələrin bildirilməsi
Tələbə müraciətləri dəyərləndirildikdən sonra nəticələrin Koordinator Universitetə göndərilməsi və universitetlər üzrə bölgünün aparılması: 03 noyabr 2025 – 14 noyabr 2025
Yekun nəticələrin açıqlanması
Nəticələrin Koordinator Universitetə təqdim olunması və ümumi nəticələrin elan edilməsi: 21 noyabr 2025
Plan yerləri
Təqdim olunan yerlərin siyahısı ilə tanış olmaq üçün klik edin
Müraciət üçün tələb olunan sənədlər
Tələbə mübadiləsi üçün:
- Tələbə məlumat formu
- Transkript (qiymət cədvəli) – dekanlıqdan əldə ediləcək
Müəllim mübadiləsi üçün:
- Forum sənədlərini yükləmək üçün yazıya klik edin.
Müraciət zamanı diqqət edilməli şərtlər (tələbələr üçün)
- Müraciət zamanı yalnız bir universitet və bir semestr (yaz semestri) seçilə bilər.
- Bütün sənədlər kompüterdə doldurulmalıdır (əl ilə doldurulan sənədlər qəbul edilmir).
- Tələbələrin ÜOMG (Ümumi Orta Müvəffəqiyyət Göstəricisi) 100 ballıq sistem üzrə ən azı 75 olmalıdır.
Əlaqə
“Orhun Mübadilə Proqramı”nda iştirak etmək istəyən müəllimlər və tələbələr yuxarıda qeyd olunan sənədləri dolduraraq iro@mdu.edu.az elektron poçt ünvanına göndərməlidirlər.
Dəstək üçün: 055 722 90 52 – Pərviz Məmmədrzayev