Mingəçevir Dövlət Universitetinin “Peşəkarla görüş” layihəsi çərçivəsində növbəti tədbir keçiriləcək
Mingəçevir Dövlət Universitetinin (MDU) təşkilatçılığı ilə reallaşdırılan “Peşəkarla görüş” layihəsinin növbəti tədbiri keçiriləcək. Beşincisinin keçirilməsi nəzərdə tutulan görüşün qonağı Azərbaycan Respublikası Milli Məclisinin deputatı, İlahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov olacaqdır.
“Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycan ali təhsil müəssisələrinin rolu” mövzusunda olacaq görüş “Microsoft Teams” platforması üzərindən online formatda təşkil olunacaqdır.
2021-ci ilin 18 fevral tarixində saat 15:00-da keçiriləcək görüşdə iştirak etmək istəyənlər metbuat@mdu.edu.az elektron poçt ünvanına müraciət göndərə bilərlər.
Qeyd edək ki, “Peşəkarla görüş” layihəsinin əsas məqsədi MDU kollektivinin müxtəlif aktual mövzular barədə peşəkarların bilik və bacarıqlarından faydalanması üçün imkanların yaradılmasından ibarətdir. Davamlı olaraq keçirilən görüşlərdə MDU-nun tələbələri, magistrantları, məzunları və gənc əməkdaşları iştirak edirlər. Layihə çərçivəsində 2020-ci ilin 22 may tarixində keçirilən ilk görüşün qonağı BP şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli, 17 iyun tarixində keçirilən ikinci görüşün qonağı isə Azərbaycan Respublikası Mili Məclisinin Elm və təhsil komitəsinin sədri, professor Bəxtiyar Əliyev, 17 iyul tarixində keçirilən üçüncü görüşün qonağı Azərbaycan Pedaqoji Universitetinin (ADPU) rektoru, professor Cəfər Cəfərov, 24 dekabr tarixində keçirilən dördüncü görüşün qonağı “Vətən Müharibəsi Qəhramanı”, mayor Elnur Şirinov olub.